
Çərşənbə günü İranın İsfahan əyalətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Agentlik hadisəni terror aktı adlandırıb.
Bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində atışma olub, nəticədə 5 nəfər ölüb, eyni sayda yaralanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.