7-10-2025, 10:48 530

Azərbaycanda

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təklifi ilə hər il noyabrın 30-u ölkədə "Qiymətləndiricilər Günü" kimi qeyd olunacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Qurum həmin gün qeyri-rəsmi fəaliyyətə başlayıb və bu il ilk dəfə ad gününü qeyd edəcək. Noyabrın 30-da ölkənin qiymətləndiriciləri bir araya gələcək, onların adından bu tarixin rəsmi olaraq "Qiymətləndiricilər günü" peşə bayramı kimi qeyd edilməsi təşəbbüsü ilə Prezident İlham Əliyevə müraciət qəbul olunacaq. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələrinin nümayəndələri də qonaq qismində iştirak edəcək.

AQP 1 illik fəaliyyətinin yekunu münasibəti ilə müxtəlif tədbirlər keçirməyi, o cümlədən "Qiymətləndirmənin gələcəyi: milli təcrübədən beynəlxalq standartlara" və "Qiymətləndirmə fəaliyyəti iqtisadi təhlükəsizliyin əsas sütunlarından biri kimi" mövzusunda seminarlar təşkil etməyi, eyni zamanda illik ictimai hesabatla çıxış etməyi planlaşdırır. Palatanın fəaliyyətindən bəhs edəcək qısa audio-çarxda isə görülən işlərin qısa xülasəsi təqdim ediləcək.

Xatırladaq ki, ötən il noyabrın 30-da Dövlət İmtahan Mərkəzində keçirilmiş ilk peşə imtahanında uğur qazanmış 103 qiymətləndiricinin iştirakı ilə AQP-nin təsis konfransı keçirilib. Təsis yığıncağı, "Qiymətləndirmə fəaliyyəti haqqında" 8 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 30 dekabr 2023-cü il tarixli fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə, Baş Nazir Əli Əsədovun 29 fevral 2024-cü ildə imzaladığı sərəncam əsasında İqtisadiyyat və Maliyyə nazirliklərinin iştirakı ilə yaradılmış Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Bu, ölkəmizdə qiymətləndirmə peşəsinin hüquqi və institusional əsaslarının formalaşmasında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Elə bu səbəbdən də AQP-nin Rəyasət Heyətinin təşəbbüsü ilə 30 noyabr tarixinin hər il "Qiymətləndiricilər Günü" kimi qeyd olunması qərara alınıb.

AQP rəsmən isə bu il yanvarın 27-dən fəaliyyətə başlayıb, qısa zamanda mühüm nailiyyətlər əldə edib, tənzimləyici orqan olaraq bir sıra yeniliklərə imza atıb. Ölkə üzrə fəaliyyət göstərən 164 fərdi qiymətləndiricini, 102 qiymətləndirici təşkilatı reyestrə daxil edib.

"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun və Palatanın Nizamnaməsinin tələblərindən irəli gələn vəzifələr, habelə qiymətləndiricilərin peşə hazırlığı proqramlarının təşkili, normativ sənədlərin hazırlanması, etik kodeks, daxili keyfiyyətə nəzarət qaydaları və digər sənədlərin layihələndirilməsi həyata keçirilib. Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində qiymətləndiricilərin növbəti imtahanları üçün geniş test sual bankı formalaşdırılıb. Palata qiymətləndirmə bazarının subyektlərindən olan dövlət orqanları, banklar, kommersiya təşkilatları və bələdiyyələrlə sıx əməkdaşlıq edərək bazarda mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tənzimləyici və koordinasiyaedici tədbirlər görüb.

Bu addımlar nəticəsində qiymətləndirmə peşəsinin institusional inkişafı üçün praktik baza formalaşdırılıb və ölkədə qiymətləndirmə xidmətlərinin şəffaf, müstəqil və etibarlı şəkildə həyata keçirilməsi üçün vacib mexanizmlər qurulub.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR