7-10-2025, 20:48 353

Məktəb psixoloqları nə işlə məşğuldur? - Valideynlər diqqətli olmalıdır

Son illər ölkə təhsilində qabarıq görünən mövcub problemlərdən biri də orta məktəblərdə psixoloqların fəaliyyətsizliyidir.

Bu barədə dəfələrlə AVESTA.AZ-in "qaynar xətti"nə dəfələrlə valideynlər şikayətlərində bildiriblər. Şikayətçilərin sözlərinə görə, bəzi məktəblərdə psixoloqların adları olsa da, özləri gözə dəymir. Bəziləri isə psixoloqların uşaqlarla heç ünsiyyətdə olmadığından şikayətlənirlər.

Əslində isə orta məktəblərdə nə baş verir?

Qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik. Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova AVESTA.AZ-ə açıqlamasında bildirdi ki, hazırda orta məktəblərdə psixoloqların işi həqiqətən də ürəkaçan deyil.

Məktəb psixoloqları nə işlə məşğuldur? - Valideynlər diqqətli olmalıdır

Onun sözlərinə görə, bəzi valideynlər övladlarını psixoloqlara aparmaq istəmir. Məktəblərdə də psixoloqların işinin öhdəsindən gəlməməsi vəziyyəti daha da qəlizləşdirir. Beləliklə də, problemli şagirdlərin davranışı idarəolunmaz hala düşür.

"Məktəb psixoloqları mövzusuna gəldikdə isə vəziyyət ürəkaçan deyil. Çox vaxt onlar sadəcə "varmış kimi" görünürlər. Əslində isə uşaqlarla fərdi işləmək, valideynlərlə əlaqə qurmaq, real dəstək vermək lazımdır. Kağız üzərində hesabat yazmaqla iş bitmir. Psixoloq uşağın məktəbdə özünü güvənli hiss etməsi üçün əsas dayaq olmalıdır", - deyə Nigar Əhmədova bildirib.

Nervpotoloq, həkim Vüsalə Nuriyeva AVESTA.AZ-ə açıqlamasında bildirib ki, məktəblərdə həqiqi psixoloqlara böyük ehtiyac var.

Məktəb psixoloqları nə işlə məşğuldur? - Valideynlər diqqətli olmalıdır

"Bir həkim olaraq xəstəxanada müşahidə etdiyim hallar göstərir ki, bir çox psixoloji problemlər - aqressiya, panik atak, sosial fobiya, diqqət pozuntusu, erkən yaşda depressiv əlamətlər - vaxtında aşkarlansaydı, daha ciddi mərhələyə çatmazdı. Bu aşkarlama üçün ən uyğun mühit məktəbdir. Lakin təəssüf ki, mövcud reallıq göstərir ki bəzi məktəblərdə psixoloq xidməti kağız üzərində mövcuddur, praktikada yox. Bir psixoloqa yüzlərlə, bəzən minlərlə şagird düşür. Bu halda fərdi müşahidə və dəstək gözləmək real deyil", - deyə həkim vurğulayıb.

Vüsalə Nuriyevanın fikrincə, psixoloqun rolu formal sənəd işləri ilə məhdudlaşdırılıb:

"O, emosional dəstək verən mütəxəssis yox, "akt tərtib edən məmur" kimi qəbul edilir. Diaqnostika aparılmır, yalnız "problem olanda müdaxilə" edilir. Halbuki psixologiyada əsas prinsip profilaktikadır. Problem yaranmazdan əvvəl müdaxilə etmək lazımdır".

Həkim əlavə edib ki, valideyn-psixoloq əlaqəsi zəifdir:

"Valideynlərin əksəriyyəti psixoloqun kim olduğunu belə tanımır. Həkim kimi mənim qarşımda tez-tez aşağıdakı hallarla rastlaşıram. Düşünək, əgər hansısa uşağa məktəbdə vaxtında dəstək olunsaydı, həmin şagird illər sonra qarşımıza necə çıxardı? Bu halların çoxu müalicə mərhələsində deyil, məktəb mərhələsində həll edilməliydi".

Bəs orta məktəblərdə psixoloqların fəaliyyəti ilə bağlı narazılıqlar barədə rəsmi qurumda nə düşünürlər?

Məktəbəqədər və Ümumi Təhsİl üzrə Dövlət Agentliyindən AVESTA.AZ-ə bildirildi ki, hazırda məktəblərdə psixoloqlar fəaliyyət göstərir:

Məktəb psixoloqları nə işlə məşğuldur? - Valideynlər diqqətli olmalıdır

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli müvafiq qərarına əsasən ümumi orta və tam orta məktəb, lisey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir. Eyni zamanda, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Hazırda ölkə üzrə (Naxçıvan MR istisna olmaqla) fəaliyyət göstərən ümumtəhsil müəssisəsilərində çalışan psixoloqların sayı 3000-dən çoxdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 350-ə yaxın ümumtəhsil müəssisəsində çalışan psixoloqların sayı isə 500 nəfərdən çoxdur. Bununla yanaşı, "Məktəblinin dostu" layihəsinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində şagirdlərə dərs prosesi və tənəffüs zamanı seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir, dəstək göstərilir".

Qeyd edək ki, psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir.

Psixoloji xidmətin təşkilində əsas məqsəd aşağıdakılardan ibarətdir:

Təhsilalanların akademik nailiyyətlərinin artırılması.

Təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması.

Təhsil müəssisəsində təhlükəsiz və sağlam mühitin yaradılması.

Təhsilalanların mənəvi-psixoloji sağlamlığının dəstəklənməsi.

Ailə-təhsil müəssisəsi münasibətlərinin tənzimlənməsi.

Göründüyü kimi, qanunla təhsilimizdə hər şey qaydasında olsa da, cəmiyyətimizdə bu yetərincə hiss edilmir.

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür Bu gün, 00:48 Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir Dünən, 23:48 Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı Dünən, 23:48 Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi Dünən, 23:48 Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə iki quru yük gəmisi vurulub Dünən, 22:48 Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı Dünən, 22:48 Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb Dünən, 22:48 Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş Dünən, 21:48 Payızda immuniteti necə gücləndirmək olar? Dünən, 21:48 Messinin Argentina millisində son oyunu bəlli oldu Dünən, 21:48 Ayxan Abbasov: "Litva ilə oyunda futbolçular bacardıqlarından daha yaxşı çıxış etdilər" Dünən, 20:48 Norveç sahillərində üç gəmi toqquşdu Dünən, 20:48 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto Dünən, 20:48 Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək Dünən, 20:48 Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Dünən, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Dünən, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Dünən, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Dünən, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Dünən, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Dünən, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Dünən, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Dünən, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Dünən, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Dünən, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Dünən, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Dünən, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Dünən, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Dünən, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Dünən, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Dünən, 15:48 Kərim Abbasov üzr istədi Dünən, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Dünən, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Dünən, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Dünən, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 13:48 Qubada yol tamamilə çökdü Dünən, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Dünən, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Dünən, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Dünən, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Dünən, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Dünən, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Dünən, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR