10-10-2025, 00:48 261

Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür

Oktyabrın 10-u dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Aida İmanquliyevanın doğum günüdür.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, "Bakı" və "Baku" qəzetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.

Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. 1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.

1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.

Üç fundamental monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri") və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirib. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Eləcə də, Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1987-ci ildə filologiya elmləri doktoru olub.

Aida İmanquliyeva Arif Paşayevlə ailə həyatı qurub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın anasıdır.

Görkəmli professor 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.

Paylaş

Xəbər lenti

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib Bu gün, 12:48 Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto Bu gün, 12:48 Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək Bu gün, 12:48 Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı Bu gün, 12:48 Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib Bu gün, 11:48 Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər Bu gün, 11:48 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb Bu gün, 09:48 Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR