Yeni Yasamalda, kənar dairəvi yolun bir hissəsi baxımsız vəziyyətdə qalıb və artıq zibilxanaya çevrilib.
BAKU.WS-ə daxil olan məlumata görə, ərazidə uzun müddətdir təmizlik işləri aparılmadığından tullantılar yığılaraq pis qoxu və antisanitar vəziyyət yaradıb. Sakinlərin sözlərinə görə, bu hissə səliqəyə salınsa, yaşayış massivindən dayanacağa gedən və əks istiqamətdə hərəkət edən insanlar üçün təhlükəsiz piyada yolu kimi istifadə oluna bilər.
Hazırda isə vətəndaşlar məcburən yolkənarı ilə hərəkət edir ki, bu da onların həyatı üçün ciddi risk yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və səliqəyə salınmasını xahiş edirlər.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.