Filippinin cənubunda güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı artıb. Son məlumatlara əsasən, hadisə nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə ölkənin Fəlakət Riskinin Azaldılması və Aradan Qaldırılması Milli Şurası (NDRC) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət ümumilikdə 8 400 nəfərə təsir göstərib. Onlardan təxminən 8 000 nəfər təhlükəsizlik məqsədilə təxliyə mərkəzlərinə köçürülüb.
Oktyabrın 10-da səhər saatlarında Filippində 7,4 maqnitudalı güclü yeraltı təkan baş verib. Günün ikinci yarısında isə bölgə 6,8 maqnitudada təkrar zəlzələ ilə silkələnib. Yerli seysmoloqlar ümumilikdə 700-dən çox afterşok qeydə alıblar.
Zəlzələdən sonra Şərqi Davao, Şərqi Samar, Cənubi Leyte və Suriqao əyalətlərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.