
Bakıda qətl törədilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-da yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada ölüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni onun evinin qarşısında törətməkdə şübhəli bilinən qəsəbə sakini - 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.
Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.