16-10-2025, 08:48 33

Əhalinin NƏZƏRİNƏ! - Pensiya ilə bağlı islahatlar olacaq

Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək.

BAKU.WS xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə öz əksini tapıb.

Qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.

Mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir.

Eyni zamanda, 15–64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isəazalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.

Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir.

Bundan əlavə, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir.

2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Bu kontekstdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi çıxış edir.

Paylaş

Xəbər lenti

XİN rəhbəri: Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında irəliləyişə ümid edirik Bu gün, 19:48 Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib Bu gün, 19:48 Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib Bu gün, 19:48 Ağ Ev rəsmisi: "Trampın və Amerika xalqının səbri tükənmək üzrədir" Bu gün, 19:48 Azərbaycan Fransaya neft ixracını 84 %-dən çox artırıb Bu gün, 18:48 Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər Bu gün, 18:48 Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib Bu gün, 18:48 Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik Bu gün, 17:48 ANAMA sədrinə yeni I müavin təyin olunub Bu gün, 17:48 "TikTok"da canlı yayım açdı, söyüş söyən həmkəndlisini çayxanada döydü Bu gün, 16:48 Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib Bu gün, 16:48 Qızıl altı min dollara qədər bahalaşa bilər Bu gün, 16:48 Bakıda gənc iş adamı idman zalında qəfildən öldü Bu gün, 15:48 Cemal Hünal: "O aktyorla eyni filmə çəkilmərəm!" Bu gün, 15:48 Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi Bu gün, 15:48 Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xalq artistinin oğlu: "Aygün xalanı anam qədər sevirəm" Bu gün, 14:48 20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı Bu gün, 14:48 Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR Bu gün, 14:48 Pərvin Abıyeva ad günündə mahnı oxudu, DJ-lik etdi Bu gün, 14:48 Şagirdlər yeməyi çöldə yerdə yeməyə məcbur oldular Bu gün, 14:48 Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək Bu gün, 13:48 Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi Bu gün, 13:48 Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib Bu gün, 13:48 Xaçmaz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə pedaqoji kollektivlə görüş keçirilib Bu gün, 13:48 "Neftçi" Abubakarı transfer etdi - RƏSMİ Bu gün, 13:48 Bakıda inşa olunan yeni yol belə olacaq Bu gün, 12:48 İlham Əliyev: "Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir" Bu gün, 12:48 Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi Bu gün, 12:48 İran hərbi gəmiləri Bakı limanını tərk etdi Bu gün, 12:48 Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb Bu gün, 12:48 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar Bu gün, 12:48 Sabah 24 dərəcə isti olacaq - Proqnoz Bu gün, 12:48 Prezident: Azərbaycan və Qazaxıstan arasında sualtı kabelin tikintisi 2026-cı ilin sonunadək başa çatacaq Bu gün, 11:48 Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan və Qazaxıstan çoxşaxəli formatda səmərəli əməkdaşlıq edir Bu gün, 11:48 PSJ Lamine Yamal üçün futbol tarixinin ən böyük təklifini verməyə hazırlaşır Bu gün, 11:48 Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb Bu gün, 11:48 Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir Bu gün, 11:48 Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb Bu gün, 11:48 Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb Bu gün, 11:48 Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv olundu Bu gün, 11:48 Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib Bu gün, 11:48 Vatikan və İtaliya mətbuatı Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb Bu gün, 10:48 Bu rayonun bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kainatın pis gözdən və şər qüvvələrdən qoruduğu yeganə BÜRC Bu gün, 10:48 Pensiya yaşı nə vaxt dəyişdiriləcək? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR