19-11-2022, 16:41 594

Qatilə çevrilən Tehran hakimiyyəti - arzuları gözündə qalan gənc Ayların ölümü - ŞƏRH

İranda etiraz aksiyaları davam edir. Bu da cəmiyyətin mövcud hakimiyyətə olan münasibətinin göstəricisidir. Aksiyaçıların tələblərinə qarşılıq verməyən, bu istiqamətdə heç bir addım atmayan rəsmi Tehran nümayiş və yürüşləri hərbi-polis qüvvələri vasitəsilə almağa çalışır. Dinc, silahsız etirazçılara qarşı odlu silah tətbiq olunur. Noyabrın 17-də polislər metro stansiyasında vaqonlara hücum edərək dinc sərnişinləri dəyənəklə döyüblər.

Əslində, İran ordusu ölkənin müxtəlif şəhərlərində elan edilməmiş hərbi-polis rejimi tətbiq edib. Şəhərlərə hərbi texnika yeridilir. Şərqi Azərbaycan əyalətinin Məlikkənd (farslaşdırılaraq Məlikan olub) şəhərində xeyli sayda hərbçi və texnika görünüb. Hərbi-polis qüvvələri əhalinin gözünü qorxutmaq, onların qarşısını almaq üçün dinc aksiyaçıları yaşından asılı olmayaraq qətlə yetirir. Aciz qalan Tehran hakimiyyəti uşaq, gənc, qadın, yaşlı demədən öz vətəndaşlarını gülləbaran edir. Belə ki, noyabrın 16-sı axşam saatlarında Təbrizdəki etiraz aksiyası zamanı Tibb Elmləri Universitetinin tələbəsi, 23 yaşlı Aylar Həqqi qətlə yetirilib. Polisin və ya hökumətin başqa belə qüvvələrinin əsas vəzifəsi aksiyanı dağıtmaq, etirazçıların hadisə yerindən uzaqlaşmasına cəhd etməkdir. Aylar xanım hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiqindən sonra ərazidəki binalardan birinə sığınıb. Etirazçıları təqib edən bir neçə məmur onun ardınca binaya girərək Aylar Həqqini oradan aşağı atıblar. Bəzi mənbələr onun qaçarkən arxadan güllə ilə vurulduğunu qeyd ediblər. Ağır bədən xəsarətləri alan gənc tələbə Tehranın hərbi-polis qüvvələrinin vəhşiliyi nəticəsində hadisə yerində vəfat edib. Qeyd edək ki, Aylar Həqqi Güney Azərbaycanın Məlikkənd (Məlikan) şəhərində doğulub. Təbrizdə yaşayan Aylar Həqqi bu şəhərdə keçirilən etiraz aksiyalarına qoşulub. Qohumları bildiriblər ki, 23 yaşlı Aylar Təbriz Universitetinin Tibb fakültəsinin 4-cü kurs tələbəsi idi.

Deməli, İran hakimiyyəti 43 il əvvəl inqilabın ilk illərində qətlə yetirdiyi etirazçılara sərf edilən güllənin pulunu onun ailəsindən alardı. Həmin dövrdə öldürülənin nəşini ailəsinə verməzdilər. Yaxud qohumları rejimin öldürdüyü ailə üzvünün meyitini min bir çətinlikə alardı. Heç bir istiqamətdə dəyişməyən, islah olunmayan, ölkəni az qala yarıməsrlik təcrübə ilə idarə edən Tehran hakimiyyəti builki aksiyalarda da eyni şəkildə davranır. Aylar Həqqinin qohumlarından birinin sözlərinə görə, İranın xüsusi xidmət orqanlarının təmsilçiləri onun ailəsinə qızlarının bədbəxt hadisə nəticəsində hündürlükdən yıxılaraq öldüyünü söyləmələri üçün təzyiq göstərirlər. Atası Rəcəb Həqqi təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır.

Bu arada, İran hakimiyyəti Aylar Həqqinin qətlini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurur. Rejimin KİV-i onun Təbrizdə Şəhran qülləsinin yanındakı qazıntı sahəsində qəza nəticəsində öldüyünü iddia edib. Müxalif media rejimi “qətl saxtakarlığı”nda ittiham edib. Qvardiyanın himayə etdiyi “Fars” xəbər agentliyi isə iddia edib ki, Aylar Həqqi maşından endikdən biraz sonra çuxurluğa düşərək həyatını itirib. Ancaq onların yaydığı qurama videoda Şəhran qülləsi yaxınlığında, sadəcə, bir qadının maşından düşdüyü görünür və hətta həmin şəxsin üzü və kimliyini müəyyən etmək olmur. İran hakimiyyəti qətl etdiyi etirazçıların məsuliyyətini üzərinə götürmür. Onların ölümünü müxtəlif hadisə və xəstəliklərlə əlaqələndirməyə çalışır. Yeri gəlmişkən, bu il İslam İnqilabı Keşikçiləri Qvardiyası, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşları və başqa məmurların müəmmalı ölümlərini də “yüksəkdən yıxılma”, “intihar”, “ürək problemi” və başqa uydurmalarla əsaslandırmağa səy göstərilir. Ancaq bütün ölüm hallarının arxasında İran hakimiyyətinin dayandığını ölkə və beynəlxalq ictimaiyyət çox yaxşı bilir. Çünki İranda məhkəmə-tibbi ekspertiza, məhkəmə sistemçi rejimin istədiyi nəticəni açıqlayır, hökmü çıxarır. Bundan başqa, hadisələrin müstəqil istintaq qrupu tərəfindən araşdırlımasına mane olur.

Aylar Həqqinin dəfn mərasimi noyabrın 18-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilib. Hakimiyyət qətlə yetirdiyi Ayların dəfninə də mane olmağa cəhd göstərib. Hərbi-polis qüvvələri mərasim iştirakçılarının üzərinə hücum edib. Xüsusi təyinatlı polis bölmələri və təhlükəsizlik qüvvələri qəbiristanlığın giriş yollarını bağlayaraq bir çox etirazçının ora getməsini əngəlləyib. Mərasim iştirakçıları “Diktatora ölüm!”, “Xameneiyə ölüm!", “Azadlıq, ədalət, milli hökumət!”, “Azərbaycan milləti çəkməz bu zilləti!”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Hamımız Aylarıq, mübarizə davam edir!”, “Biri cavab verməlidir, Ayları mənə verməlidir!” kimi şüarlar səsləndiriblər. Aylar Həqqinin dəfn mərasimində iştirak edənlərdən bəzilərinin həbs olunduğu da deyilir. Bu, İranda gənc azərbaycanlı qızın faciəvi həyatıdır. Bu həm də Güney Azərbaycan türklərinin İranda apardığı mübarizəyə nümunədir. Qeyd edək ki, İranın 20 iri şəhərinin gəncləri birgə bəyanat yayaraq noyabrın 28-dən dekabrın 3-dək əhalini, bütün məktəbləri, universitetlərin müəllim və tələblərini, neft və neft-kimya müəssisələrinin işçilərini etiraz aksiyalarına, tətilə çağırıblar.

Ümumiyyətlə, hərbi-polis rejimi aksiya zamanı yetkinlik yaşına çatmayanlara da amansızlıq göstərir. Güney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. İranın Xuzistan əyalətinin İze şəhərində 9 yaşlı Kiyan Pirfələk İran hakimiyyətinin vəhşiliyinin qurbanı olub. Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub. Məlumata görə, etirazlarda 402 nəfər həlak olub. Bildirilib ki, İranda keçirilən etiraz aksiyalarında hərbi-polis qüvvələrinin qətlə yetirdiyi 58 nəfərin yaşı 18-dən az olanlardır.

Nəhayət, İrandakı hakimiyyət, İslam İnqilabı Keşikçiləri Qvardiyası, polis, Bəsic, ordu və dövlətin başqa qurumları kimə xidmət edir? Azadlıq, ədalət, firavan həyat istədikləri üçün öz vətəndaşlarını öldürəcəklərsə, yaxud etiraz aksiyasında iştirak edənlərin qətli barədə əmr verəcəklərsə, onlar kimə lazımdır? Onlar bununla həm də bir cəmiyyətin gələcəyini öldürür, soyqırım edirlər. O halda çıxış yolu hamısının dəyişməsindədir, deyilmi?! Çünki bu rejim uşaqların, gənclərin, xanımların qatilidr. Qatillərin yeri hakimiyyət deyil.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR