"Krasnodar"ın sabiq baş məşqçisi Sergey Taşuev Türkiyə mətbuatında "Krasnodar"ın kapitanı Eduard Spertsyanın "Qalatasaray"a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AVESTA.AZ xarici mətbuata istinadən xəbər verir ki, 2025-ci ilin yayında yarımmüdafiəçinin Çempionşip təmsilçisi "Southampton"a keçməsi ilə bağlı şayiələr yayılmışdı.
"Qalatasaray Sauthemptondan daha yaxşı seçimdir?" Prinsipcə, bəli. "Qalatasaray"ın azarkeşləri, stadionu və avrokubokları var. "Səviyyə Çempionçipdəkindən daha yüksəkdir", - Taşuev bildirib.
Spertsyan daha əvvəl bildirmişdi ki, 2025/26 mövsümündə çempionluq qazandıqdan sonra doğma klubu "Krasnodar"ı tərk edib Avropa klubuna keçmək istəyir.
Futbolçunun "qara-yaşıllar"la müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir. Transfermarkt Ermənistan millisinin oyunçusunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.