21-10-2025, 14:48 362

Şirkətin sabiq baş mühasibinə ağır cəza istənildi

Mebel istehsalını həyata keçirən "Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkətin sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin ittiham olunduğu maddələrdən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini xahiş edib.

Prokuror Samirə Zeynalovanın ittiham olunduğu yalnız 179.4-cü (mənimsəmə - külli miqdarda olduqda) maddə üzrə təqsirli bilinərək ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş mühasibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802 429.45 manat pul vəsaitini onların hesablarına köçürərək mənimsəyib. O bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri isə 1-ci qrup əlildir.

Paylaş

Xəbər lenti

Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Bu gün, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Bu gün, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Bu gün, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Bu gün, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Bu gün, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Bu gün, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Bu gün, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Bu gün, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Bu gün, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Bu gün, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Bu gün, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Bu gün, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Bu gün, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Bu gün, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Bu gün, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Bu gün, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Bu gün, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Bu gün, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Bu gün, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Bu gün, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Bu gün, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Bu gün, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Bu gün, 16:48 Bakıda küçələr yuyuldu Bu gün, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Bu gün, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Bu gün, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Bu gün, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Bu gün, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR