21-10-2025, 15:48 556

Yaşıl çay arıqlamağa kömək edir? - Bu cavab hər kəsi təəccübləndirəcək

Yaşıl çay çox zaman çəki artımının qarşısını alan və hətta kalorini yandıran içki kimi təqdim olunur. İnternetdə onun tərkibindəki komponentlərin genləri yenidən proqramlaşdırdığı və maddələr mübadiləsini sürətləndirdiyi barədə iddialar yayılıb.

AVESTA.AZ-in məlumatına görə, Perm Milli Tədqiqat Politexnik Universitetinin "Kimya və biotexnologiya" kafedrasının dosenti, farmasevtika elmləri namizədi Anastasiya Boteva bu fikirlərin mif olduğunu bildirib.

Alimin sözlərinə görə, yaşıl çay doğrudan da kofein, katexinlər və teanin adlı amin turşusu ehtiva edir, bunlar stimullaşdırıcı və antioksidant təsirə malikdir. Lakin onların maddələr mübadiləsinə təsiri o qədər zəifdir ki, fastfud və şirniyyatların orqanizmə zərərini kompensasiya edə bilmir.

"Bitkilərin və insanların genetik sistemləri uyğun deyil. Həzm prosesi zamanı istənilən DNT - o cümlədən çay DNT-si tam şəkildə nukleotidlərə parçalanır. Buna görə də o, bizim genlərimizə heç bir təsir göstərmir",- deyə Boteva izah edib.

Ekspert vurğulayıb ki, heç bir miqdarda yaşıl çay kalorini neytrallaşdıra bilməz: "Əgər siz 500 kalorilik tort yesəniz və onun arxasınca yaşıl çay içsəniz, orqanizm bu kaloriləri tam şəkildə qəbul edəcək. Çay onları nə yandırır, nə də mənimsənilməsini bloklayır".

Mütəxəssisin fikrincə, çayla bağlı "təmizləyici ritual"lara inanmaq zərərli vərdişlərə səbəb ola bilər:

"İnsan "detoks" adı altında daha çox şirniyyat yeməyə başlayır. Bu isə qan şəkərinin dəyişkənliyinə, xolesterinin artmasına və qaraciyərlə mədəaltı vəzinə əlavə yük düşməsinə gətirib çıxarır".

Bundan əlavə, çox güclü çayın həddindən artıq qəbulu mədə selikli qişasının qıcıqlanmasına, içkidəki taninlərin isə dəmirin mənimsənilməsini zəiflədərək anemiya riskini artırmasına səbəb ola bilər. Şəkərli çay içmək isə diş çürüməsini sürətləndirir.

"Formanı qorumaq üçün "möcüzəvi" içkilər deyil, sağlam vərdişlər lazımdır - yəni balanslı qidalanma, fiziki aktivlik, normal yuxu və sadə karbohidratların azaldılması. Yaşıl çay faydalı ola bilər, amma yalnız sağlam həyat tərzinin bir hissəsi kimi, onun əvəzi deyil",- deyə Anastasiya Boteva qeyd edib.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR