27-10-2025, 12:48 336

BP dərinsulu quyulara sualtı müdaxilə əməliyyatlarına başlayır

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Dərinsulu Günəşli" ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə AÇG yatağının işlənməsi layihəsinin operatoru "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

Bildirilib ki, bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.

Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. "Blue Ocean" dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya "Oceaneering International" şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. "Xankəndi" sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.

BP şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb:

Bunlardan birincisi, QDYM xidmətləri üçün Oceaneering International şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.

Digər müqavilə isə QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və "qırmızı zona"nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris hesab edir ki, QDYM texnologiyası - xüsusilə də "Dərinsulu Günəşli" ərazisindəki quyulara BORİS sisteminin tətbiqi - sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə imkan verəcək: "BP-nin qlobal əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı təcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli artırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərində yeni səhifə açır."

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR