21-11-2022, 20:16 842

Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb.

"AVESTA.AZ" xəbər verir ki, Milli Məclisin sədri görüşdə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etdiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəkləndiyini bildirib. Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə keçirilən təsis konfransı və bu ilin 30 iyun - 1 iyul tarixlərində Azərbaycanda keçirilən Bakı Konfransı haqqında geniş məlumat verib. S.Qafarova deyib ki, Bakı konfransında 40-dan çox ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Vyetnam Milli Assambleyasının üzvü Madriddə keçirilən təsis konfransında iştirak edib.

Milli Məclisin sədri bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti Konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır. O, Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr və növbəti dövr üçün görüləcək işlər barədə geniş məlumat verib.

Söhbət zamanı Milli Məclisin sədri dövlətlərarası münasibətlərin gücləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edib, belə görüşlərin bu sahədə təcrübə və informasiya mübadiləsi baxımından təqdirəlayiq olduğunu deyib. Sahibə Qafarova deputatlarımızın parlamentlərarası dostluq qrupları çərçivəsində əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, eyni zamanda, beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın önəmindən danışıb. O, müxtəlif dövlət qurumları arasında əməkdaşlıqla yanaşı, ölkəmizin hakim partiyası Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da məhsuldar əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad ediləməsi və ərazi bütövlüyümüzün bərpası, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa və yenidənqurma işləri barədə də danışıb.

Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ölkəsinin Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib və qeyd edib ki, əlaqələrimizin əsası Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulub. Vuonq Din Hyu deyib ki, Azərbaycan bizim üçün dost ölkələrdən biridir. Bizim xarici siyasətimizin əsas prioritetlərimizdən biri ənənəvi dostluq münasibətlərinin olduğu ölkələrlə əməkdaşlığımızı daha da sıxlaşdırmaqdır.

Milli Assambleyanın sədri qarşılıqlı əlaqələrin genişləndirilməsində parlamentlərin xüsusi rolunu vurğulayıb. Bu baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin təşkilinin, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinin məqsədəmüvafiq olduğunu deyib. O, eyni zamanda, beynəlxalq parlament qurumlarında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Vyetnam Milli Assambleyasının sədri deyib ki, Vyetnam Qoşulmama Hərəkatının üzvü kimi, bu təşkilat çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir. O cümlədən, təşkilatın Parlament Şəbəkəsi çərçivəsində də iştirak edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Bu gün, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Bu gün, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Bu gün, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Bu gün, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Bu gün, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Bu gün, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Bu gün, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Bu gün, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Bu gün, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Bu gün, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Bu gün, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Bu gün, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Bu gün, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Bu gün, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Bu gün, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Bu gün, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Bu gün, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Bu gün, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Bu gün, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Bu gün, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq? Bu gün, 17:48 "Prior Lizinq" Balakəndə yeni filial açıb: Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda Bu gün, 17:48 NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir Bu gün, 17:48 Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb Bu gün, 17:48 Azərbaycan Mərkəzi Bankı Slovakiya Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb Bu gün, 17:48 Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər Bu gün, 17:48 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb Bu gün, 17:48 NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib Bu gün, 17:48 İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək Bu gün, 17:48 DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb Bu gün, 17:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB Bu gün, 16:48 Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO Bu gün, 16:48 Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq Bu gün, 16:48 İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib Bu gün, 16:48 Restoranda ona göndərilən qeydi yaydı: "Qonaqlarımız getməzdən əvvəl... " Bu gün, 16:48 Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir" Bu gün, 16:48 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb Bu gün, 15:48 Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA Bu gün, 15:48 Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK? Bu gün, 15:48 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb Bu gün, 15:48 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar Bu gün, 15:48 Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb Bu gün, 15:48 İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı Bu gün, 15:48 İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur Bu gün, 15:48 Siqaretə ən çox pul hansı bölgədə xərclənir? – Bakı deyilmiş... Bu gün, 15:48 Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR