Dünən, 15:48 27

Azərbaycan və Türkiyə bir-birinin vətəndaşları üçün sığorta xidmətlərini qarşılıqlı tanıyacaq

Türkiyədə səyahət sığortası alan bir vətəndaşın polisini Azərbaycan xəstəxanaları rəqəmsal şəkildə tanıya biləcək.

Bunu BAKU.WS-ə açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.

"Bu halda həmin şəxs sanki Azərbaycanda sığortalı imiş kimi tibbi xidmət ala biləcək. Azərbaycan vətəndaşı da Türkiyəyə getdikdə eyni imkandan yararlanacaq. Hazırda əcnəbi vətəndaş qəza zamanı xərcləri əvvəlcə cibindən ödəyir, yalnız ölkəsinə qayıtdıqdan sonra sənədləri təqdim etməklə kompensasiya ala bilir. Yeni yanaşma isə vətəndaşa dərhal xidmət göstərilməsini təmin edəcək", - deyə Özgür Obalı vurğulayıb.

Onun sözlərinə görə, inteqrasiyanın həyata keçirilməsi üçün iki əsas addım vacibdir:

"Birincisi, məlumat mübadiləsi, ikincisi isə tənzimləyici orqanlar arasında harmonizasiya. Bu şərtlər yerinə yetirildiyi halda vətəndaş məmnuniyyəti əhəmiyyətli dərəcədə artacaq".

Türkiyə Sığorta Birliyinin baş katibi əlavə edib ki, Azərbaycan tərəfində elektron sənəd dövriyyəsi üzrə proses demək olar ki, tamamlanıb:

"Pasportsuz kimlik keçidlərindən sonra iki ölkənin e-gov sistemlərinin inteqrasiyası istiqamətində də ciddi irəliləyiş əldə olunub. Sığorta bu inteqrasiyanın mühüm hissəsinə çevrilə bilər. Azərbaycan və Türkiyə arasında sığorta xidmətlərinin tanınması Türk dövlətləri miqyasında vahid sığorta ekosisteminin formalaşmasına zəmin yaradacaq".

Artıq bir ilə yaxındır Azərbaycan ilə Türkiyə arasında dövlət portallarının (e-gov) inteqrasiyası istiqamətində işlər aparılır. Bu proses sənəd dövriyyəsindən tutmuş, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə dövlət xidmətlərindən istifadəsinə qədər bir çox sahəni əhatə edir. Nəticədə Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları isə Azərbaycanda dövlət xidmətlərindən daha rahat istifadə edə biləcəklər.

Paylaş

Xəbər lenti

Üç bürc üçün "ağ zolaq" başlayır: onlar xoşbəxtliyin dadını hiss edəcəklər Bu gün, 00:48 "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb Dünən, 23:48 Canlı yayımda saçı qırxılan qadın: "Ərim məni şantaj etməyə başladı" Dünən, 23:48 Yuxunun bədən çəkisinə təsiri - Həkimdən XƏBƏRDARLIQ Dünən, 23:48 Mayonez haqqında şok araşdırma - Əgər siz... Dünən, 23:48 Azərbaycanda vəzifəli şəxs əməliyyat zamanı öldü Dünən, 23:48 Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub - YENİLƏNİB Dünən, 23:45 Qətər ABŞ və Venesuela arasında vasitəçi ola bilər Dünən, 23:27 Qərbi Azərbaycan Xronikası: Qaraçılarla ermənilər niyə bu qədər oxşardır? Dünən, 23:15 Samir Abasov: "Neftçi" Vensan Abubakarın arxasınca qaçmayıb" Dünən, 23:01 Rafael Qrossi BMT Baş katibi vəzifəsinə namizəd olduğunu təsdiqləyib Dünən, 22:51 Xalq artisti Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı Dünən, 22:48 Binə qəsəbəsində yol PROBLEMİ: "Nə taksi, nə də təcili yardım gəlir" Dünən, 22:48 14 yaşlı qıza evlənəcəyini vəd edərək cinsi əlaqəda olan şəxs HƏBS EDİLDİ Dünən, 22:48 İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi Dünən, 22:48 Kofe içməyə neçə yaşdan başlamaq olar? Dünən, 22:48 Fransa klubu "Real"ın futbolçusunu icarəyə götürəcək Dünən, 22:40 Asip Kaya: Türkiyə-Azərbaycan qardaşlığı bu gün bütün dünyaya gözəl bir nümunədir Dünən, 22:30 "Neftçi"nin baş məşqçisi: "Azərbaycan basketbolu düzgün yoldadır" Dünən, 22:25 Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib Dünən, 22:25 "Azərreyl" komandası Çempionlar Liqasında mübarizəni dayandırıb Dünən, 22:24 Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub Dünən, 22:22 ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 3,75-4% aralığına endirib Dünən, 22:19 "Abşeron Lions"un baş məşqçisi: "Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq" Dünən, 22:10 Azərbaycan güləşçiləri U-23 dünya çempionatında tarixi uğura imza atıblar Dünən, 21:53 Braziliyada narkotik satanlara qarşı əməliyyatlarda 132 nəfər öldürülüb Dünən, 21:50 Avropa İttifaqı Gürcüstan hökumətinə təşəkkür məktubu ünvanlayıb Dünən, 21:50 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib Dünən, 21:48 Bakıda bu mənzillərin qiyməti UCUZLAŞIB Dünən, 21:48 Zelenski Ərdoğanı türkcə təbrik etdi Dünən, 21:48 Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır? Dünən, 21:48 COP29-dan COP30-a keçid və XIII Qlobal Bakı Forumuna hazırlıq mövzusunda yüksək səviyyəli görüş keçirilib Dünən, 21:39 Çempionlar Liqası: "Qarabağ"ın oyununa 22 500 bilet satılıb Dünən, 21:34 BAEA İranın nüvə obyektlərində aktivlik müşahidə edib Dünən, 21:20 71 və 206 nömrəli avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib Dünən, 20:48 DYP-dən valideynlərə XƏBƏRDARLIQ - Uşaqlara... Dünən, 20:48 Həkimlərdən feyxoa mürəbbəsinin təhlükəsi barədə xəbərdarlıq Dünən, 20:48 Namaz qılarkən arvadını öldürən şəxsə HÖKM OXUNDU Dünən, 20:48 İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib Dünən, 19:48 Kirayə mənzillərin qiyməti yanvarın 1-dən ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 19:48 "Asmalı Konak"ın Dilarası Selda Özer illər sonra tanınmaz halda Dünən, 19:48 Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq "Lamborghini" ilə gəzir Dünən, 19:48 Tamilla Əliyeva vəzifəsindən azad edilib? - AQTA-dan AÇIQLAMA Dünən, 19:48 Azərbaycan və Qazaxıstan Ali Məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb Dünən, 18:48 Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir Dünən, 18:48 Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub Dünən, 18:48 Azərbaycanda aliment ödəyən qadınların sayı açıqlanıb Dünən, 18:48 Azərbaycanda bu magistral yolda abadlıq işləri görüləcək Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR