
Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.
"AVESTA.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olub.
Təmsilçimiz ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.
Mərhələni keçə bilməyən "Azərreyl" CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.