30-10-2025, 23:48 253

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da izləyiblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə "Şahinlər", "Birlik", "Zəfər" və "Kəpəz" adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.

Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Paylaş

Xəbər lenti

Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Bu gün, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Bu gün, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Bu gün, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Bu gün, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Bu gün, 16:48 Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48 Polis SÜRÜCÜLƏRƏ müraciət etdi Bu gün, 12:48 "Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir Bu gün, 12:48 "Moyka"dan "Range Rover" qaçırıldı Bu gün, 12:48 ABŞ-də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb Bu gün, 12:48 Ələtdə körpə QIZDIRMADAN ÖLÜB Bu gün, 12:48 Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib - Sunami XƏBƏRDARLIĞI Bu gün, 12:48 Salah "Liverpul"dan ayrılacağını açıqladı Bu gün, 12:48 "İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı Bu gün, 12:48 "Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində Bu gün, 12:48 Sabah Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Pensiya alanlara sevindirici XƏBƏR Bu gün, 12:48 "Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə MÜRACİƏT Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur Bu gün, 11:48 "Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU Bu gün, 11:48 Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb Bu gün, 11:48 ABŞ-də iranlı qadın silah alveri ittihamı ilə saxlanılıb Bu gün, 11:48 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb Bu gün, 11:48 Bu hallarda qan vermək OLMAZ Bu gün, 11:48 İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə görüntülənib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR