23-11-2022, 19:43 724

İlham Əliyev və Serbiyanın Baş naziri Qoşulmama Hərəkatı ilə bağlı məsələləri müzakirə edib

Prezident İlham Əliyevin Serbiyanın Baş naziri xanım Ana Brnabiç ilə görüşündə Qoşulmama Hərəkatı (QH) ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.

"AVESTA.AZ" xəbər verir ki, Serbiya QH-nın yaradıcısı olan dövlətlərdən biridir. Ötən il QH-nın yaradılmasının 60 illiyi də məhz Serbiyada qeyd olunmuşdu. Azərbaycan Prezidenti də həmin toplantıda onlayn qaydada çıxış etmişdi, Azərbaycan və Serbiyanın birgə təşkilatçılığı ilə QH-nın zirvə toplantısı da Serbiyada keçirilmişdi. Serbiya tərəfi bütün bunları çox yüksək qiymətləndirdiyini bildirib.

Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Serbiyaya çatdırılmasında və alınmasında Serbiya tərəfi çox maraqlıdır. Bununla əlaqədar aidiyyəti qurumlara tapşırıq verilib ki, bu məsələni işləsinlər. Serbiya Azərbaycandan kənd təsərrüfatında istifadə olunan gübrələrin də alınmasına maraq göstərir, bu sahədə də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində də əməkdaşlıq üçün böyük potensial var. Qara dənizin dibi ilə elektrik enerjisi xəttinin çəkilməsi ilə əlaqədar fikirlər var, bu, nəticə etibarilə Serbiyaya da çatdırıla bilər. İndiki halda Azərbaycan Türkiyə vasitəsilə Balkan regionuna elektrik enerjisi ixrac edir, bu məsələ ilə əlaqədar perspektivlər genişdir. Görüşdə hərbi-texniki əməkdaşlıq barədə də geniş fikir mübadiləsi aparılıb, bu sahədə hökumətlərarası komissiyanın potensialından istifadə edilməsi nəzərdən keçirilib.

Serbiyanın Baş naziri Azərbaycanı Serbiya üçün yaxın dost və etibarlı tərəfdaş adlandırıb, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlıq ruhunda əməkdaşlıq həm də bir-birinin ərazi bütövlüyü və suverenliyinə olan dərin hörməti ehtiva edir.

Paylaş

Xəbər lenti

Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb Bu gün, 23:48 Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi Bu gün, 23:48 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi Bu gün, 23:48 "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." Bu gün, 23:48 Heydər Əliyev prospektilə bağlı xoş xəbər Bu gün, 23:48 Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi Bu gün, 22:48 "Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" Bu gün, 22:48 İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk Bu gün, 22:48 Alimlərdən sensasion kəşf: qədim okeanlarda nəhəng osminoqlar olub Bu gün, 22:48 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək Bu gün, 22:48 Space TV-də daha iki verilişin yayımı dayandırılıb Bu gün, 22:48 Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır Bu gün, 21:48 Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir Bu gün, 21:48 İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər Bu gün, 21:48 Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:48 Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər Bu gün, 21:48 Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib Bu gün, 21:48 Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır Bu gün, 21:48 Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk Bu gün, 20:48 Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır Bu gün, 20:48 Çexiya Avropa İttifaqı Şurasına dörd məktub göndərib Bu gün, 20:48 Andrey Babiş Çexiyanın müdafiə şirkətləri barədə məlumat verib Bu gün, 20:48 Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq Bu gün, 20:48 Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək Bu gün, 20:48 Azərbaycanda "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb Bu gün, 20:48 Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? Bu gün, 20:48 Erməni kəşfiyyatçı saxlanıldı Bu gün, 20:48 Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı Bu gün, 19:48 Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Bu gün, 19:48 WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib Bu gün, 19:48 İran Küveytdəki ABŞ bazasını bu yolla vura bilibmiş Bu gün, 19:48 Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir Bu gün, 19:48 Çexiya və Azərbaycan liderləri işgüzar dairələrə çox aydın mesaj göndərirlər Bu gün, 19:48 İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur Bu gün, 19:48 Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq Bu gün, 19:48 Nusret Gökçenin qardaşı həbs edildi Bu gün, 18:48 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı Bu gün, 18:48 Alimlər yeni koronavirus aşkar edib: potensial pandemiya riski qiymətləndirilir Bu gün, 18:48 SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib Bu gün, 18:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var Bu gün, 18:48 Əraqçi: Bütün dünya İranın Rusiya kimi müttəfiqlərinin olduğunu görüb Bu gün, 18:48 Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb Bu gün, 18:48 Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib Bu gün, 18:48 Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? Bu gün, 18:48 Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır Bu gün, 18:48 Yaponiyada 6.2 bal gücündə zəlzələ Bu gün, 17:48 Bu tarixlərdə HAVA PİSLƏŞİR, yağış yağacaq, şimşək çaxacaq... - XƏBƏRDARLIQ Bu gün, 17:48 Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH Bu gün, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR