8-10-2022, 09:32 602

Azərbaycan və Gürcüstan Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılmasını müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Gürcüstanın baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə azərbaycanlı nazir "twitter"də yazıb.

"Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, elektrik enerjisinin ixracı və tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik", - deyə o, qeyd edib.

Energetika Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, görüşdə uzunillik tarixə malik Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan təməllər üzərində inkişafından məmnunluq ifadə edilib. Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərində əsas rolun məhz enerji əməkdaşlığına məxsus olduğu qeyd edilib. Birgə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri kimi neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətindən bəhs edilib. İki ölkənin enerji əməkdaşlığının müasir mərhələdə inkişafı üçün elektrik enerjisi sahəsində imkanlar nəzərdən keçirilib.

Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan nazir P.Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib. Nazir deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının dəstəyi təminat yaradır.

L.Davitaşvili isə deyib ki, bu, Gürcüstan üçün tarixi layihədir və ölkəsi Qara dəniz sualtı elektrik xətti vasitəsilə yeni əməkdaşlıq formatının yaradılmasına hazırdır.

Görüşdə, həmçinin elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bərpa olunan enerji, hidrogen və digər bir sıra istiqamətlərdə enerji əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir Bu gün, 00:48 Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür Bu gün, 00:48 Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb Dünən, 23:48 Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi Dünən, 23:48 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi Dünən, 23:48 "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." Dünən, 23:48 Heydər Əliyev prospektilə bağlı xoş xəbər Dünən, 23:48 Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi Dünən, 22:48 "Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" Dünən, 22:48 İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk Dünən, 22:48 Alimlərdən sensasion kəşf: qədim okeanlarda nəhəng osminoqlar olub Dünən, 22:48 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək Dünən, 22:48 Space TV-də daha iki verilişin yayımı dayandırılıb Dünən, 22:48 Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır Dünən, 21:48 Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir Dünən, 21:48 İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər Dünən, 21:48 Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib Dünən, 21:48 Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır Dünən, 21:48 Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk Dünən, 20:48 Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır Dünən, 20:48 Çexiya Avropa İttifaqı Şurasına dörd məktub göndərib Dünən, 20:48 Andrey Babiş Çexiyanın müdafiə şirkətləri barədə məlumat verib Dünən, 20:48 Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq Dünən, 20:48 Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək Dünən, 20:48 Azərbaycanda "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb Dünən, 20:48 Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? Dünən, 20:48 Erməni kəşfiyyatçı saxlanıldı Dünən, 20:48 Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı Dünən, 19:48 Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 19:48 WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib Dünən, 19:48 İran Küveytdəki ABŞ bazasını bu yolla vura bilibmiş Dünən, 19:48 Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir Dünən, 19:48 Çexiya və Azərbaycan liderləri işgüzar dairələrə çox aydın mesaj göndərirlər Dünən, 19:48 İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur Dünən, 19:48 Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq Dünən, 19:48 Nusret Gökçenin qardaşı həbs edildi Dünən, 18:48 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı Dünən, 18:48 Alimlər yeni koronavirus aşkar edib: potensial pandemiya riski qiymətləndirilir Dünən, 18:48 SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib Dünən, 18:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var Dünən, 18:48 Əraqçi: Bütün dünya İranın Rusiya kimi müttəfiqlərinin olduğunu görüb Dünən, 18:48 Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb Dünən, 18:48 Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib Dünən, 18:48 Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? Dünən, 18:48 Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır Dünən, 18:48 Yaponiyada 6.2 bal gücündə zəlzələ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR