23-11-2022, 20:39 656

Sahibə Qafarova Mərakeş Nümayəndələr Palatasının sədri ilə görüşüb

ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 23-də Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Bu barədə "AVESTA.AZ"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Nümayəndələr Palatasının sədrini salamlayan spiker Sahibə Qafarova, cari ilin iyun ayında Bakıda keçirilən Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin birinci konfransı çərçivəsində Raşid Talbi El Alami ilə görüşünü məmnunluqla xatırlayıb. O, Mərakeşin Parlament Şəbəkəsinin həm 2021-ci ildə Madriddə keçirilən təsis iclasında, həm də Bakıda keçirilən ilk konfransında təmsil olunmasından razılığını ifadə edib.

Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan parlamentin spikeri, təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr, Azərbaycanın sədrliyi ilə həyata keçirilən və Şəbəkənin institusional inkişafına xidmət edən tədbirlər, həmçinin, Parlament Şəbəkəsinin Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən təşkilati işlər barədə geniş məlumat verib. Spiker Sahibə Qafarova bildirib ki, sədr olaraq, hazırda Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışırıq. Həmçinin üzv parlamentlərin nümayəndə heyətlərinin formalaşdırılması üzərində işlər davam edir.

Görüşdə qeyd olunub ki, xalqlarımız arasında ortaq dini və mədəni köklər ölkələrimiz arasında əlaqələrdə də mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi məmnunluq doğurur. Parlamentlərimiz arasında təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlıq nümunəsi var.

Görüşdə Milli Məclisin sədri ölkəmizin 2020-ci ildə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini azad etməsi və öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib. Azərbaycanın hər zaman sülh istədiyini, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirləri həyata keçirdiyini deyən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan müstəqil deyil, müstəqil siyasət həyata keçirə bilmir və destruktiv mövqe nümayiş etdirir, ziddiyyətli bəyanatlar verir. Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır.

Azərbaycan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və ölkəmizə qarşı münasibətdə də eyni münasibəti gözləyir.

Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami cari ildə Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəmizdə gördüyü inkişaf prosesləri barədə xoş təəssüratlarını bölüşüb.

Mərakeşin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətə xüsusi diqqət yetirdiyini bildirən Nümayəndələr Palatasının sədri, o cümlədən, Hərəkatın Parlament Şəbəkəsində əməkdaşlığın da əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyini uğurlu hesab etdiklərini və hər cəhətdən dəstəklədiklərini bildirib.

Ölkələrimiz arasında xoş münasibətlər olduğunu deyən Raşid Talbi El Alami bu münasibətlərin parlamentlər çərçivəsində də davam etdiyini söyləyib, qanunverici orqanlarımızda fəaliyyət göstərən dostluq qrupları arasında əməkdaşlığı qeyd edib. Mərakeş Nümayəndələr Palatasının sədri ölkələrimizin ərazi bütövlüyü məsələsində bir-birinə qarşılıqlı dəstək verməsini də razılıqla qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR