
Rusiyanın Saratov şəhərində yaşlı bir qadın onu 18 yaşlı bir gəncin zorladığını iddia edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Versiya-Saratov" informasiya agentliyi məlumat yayıb.
Hadisə Kalinin rayonundakı kəndlərdən birində baş verib. İlkin məlumata görə, 5 noyabr tarixində 82 yaşlı yerli sakin hüquq-mühafizə orqanlarına müraciət edərək gənc oğlan tərəfindən zorlandığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.