
Qubada avtomobili ağaca çırpılıb.
AVESTA.AZ report-a istinadən Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, toy karvanında olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağli araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.