12-11-2025, 12:48 278

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığı çərçivəsində

Ötən il Bakıda keçirilən COP29 zamanı təqdim olunan və İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış qlobal "Yaşıl artım portalı" (Green Growth Portal) enerji keçidi üçün zəruri məlumatları özündə birləşdirərək ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə dəstək verir.

Portalda interaktiv analitik alətlər vasitəsilə yeni sənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşması üçün mövcud imkanlar təqdim olunur.

COP29 irsinin davamı kimi bu layihə çərçivəsində artıq 1,7 milyondan çox istifadəçiyə xidmət göstərilir. Portal Harvard Universitetinin "İqtisadi Mürəkkəblik Atlası"na (Atlas of Economic Complexity) inteqrasiya olunub və ölkələrin iqtisadi inkişaf imkanlarına dair təhlil və məlumat bazasına çıxış təqdim edir.

Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində "Growth Lab" hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir.

https://x.com/ricardo_hausman/status/1986147327975846034

Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal həmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb.

Qeyd edək ki, Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı nəticəsində yaradılmış "Yaşıl artım portalı"nın yekun versiyası qlobal ictimaiyyətə təqdim ediləcək.

Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarının genişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə liderliyini daha da gücləndirir.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR