
Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində həlledici görüşə vəsiqə qazanıb.
İrina Zaretska yarımfinalda ekvatorial qvineyalı rəqibi Anne Coralie Keitanı 6:3 hesabı ilə məğlub edib. O, finalda Eda Eltemurla (Türkiyə) üz-üzə gələcək.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.