
Azərbaycan Basketbol Liqasının VII turunda keçirilməsi planlaşdırılan "Şəki" – "Neftçi" oyunu təxirə salınıb.
AVESTA.AZ xəbər verir ki, hər iki klubun qarşılıqlı razılığı əsasında təqdim olunan müraciət Azərbaycan Basketbol Liqası tərəfindən nəzərdən keçirilib və matçın təxirə salınması barədə qərar verilib.
Qarşılaşmanın keçirilmə tarixi yaxın vaxtda müəyyənləşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.