16-11-2025, 21:48 591

Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc

Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir. İkinci yerdə 116 min 479 nəfərlə Türkiyədən gələnlər qərarlaşıb. Bu da bir il əvvələ nisbətən 8,6 faiz artım deməkdir. Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bunun obyektiv səbəbləri var"

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir: "Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə etdik. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər".

Millət vəkili vurğulayır ki, daha çox turistin cəlb edilməsi üçün fasiləsiz turizm imkanlarının formalaşdırılması və turistik məhsulların genişləndirilməsi xüsusilə vacibdir: "Bu kontekstdə islahatların dərinləşdirilməsi zəruridir ki, növbəti mərhələdə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunmasın".

Gərginlik, təyyarə qəzası...

Turizmçi Anar Həsənov deyir ki, bu il Rusiyada yaşayan azərbaycanlıların səfərlərinin azalması turist axınına ciddi təsir göstərib: "Bunun başlıca səbəbi Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdir. Təyyarə qəzasından sonra insanlar hava nəqliyyatında təhlükəsizliklə bağlı narahatlıq keçirməyə başladılar. Üstəlik, AZAL-ın bəzi reyslərinin ləğv olunması və digər reyslərdə biletlərin qiymətinin bahalaşması da bu prosesə mənfi təsir göstərdi".

Türkiyə istiqamətinə gəlincə, burada da maraqlı dəyişikliklər müşahidə olunur. Həmsöhbətimiz bildirir ki, Türkiyə vətəndaşları üçün hazırda Avropada və ya Misirdə istirahət etmək daha sərfəlidir: "Yəni bu istiqamətlərdə istirahət etmək Azərbaycana gəlməkdən ucuz başa gəlir. Əvvəllər türkiyəli turistlər Gürcüstan üzərindən quru yolla Azərbaycana səfər edə bilirdilərsə, hazırda bu, demək olar ki, mümkün deyil. Bu da turist axınının azalmasına səbəb olur".

Geosiyasi gərginliklər, əlverişsiz xərclər

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da təsdiqləyir ki, regionda son aylarda baş verən geosiyasi gərginliklər turistlərin sayına birbaşa təsir göstərib: " İran-İsrail qarşıdurması, Pakistan-Hindistan münasibətlərindəki gərginlik və digər münaqişələr Azərbaycanın hədəf bazarlarından gələn turistlərin sayına birbaşa təsir göstərib. Bu ölkələr Azərbaycanın əsas turizm bazarları sayıldığından, həmin istiqamətlərdəki azalma ümumi statistikaya da ciddi şəkildə təsir edib. Hava məkanının bir sıra dövrlərdə bağlı olması da bu prosesə təsirsiz qalmayıb. Belə ki, ərəb ölkələrindən gələn turistlər üçün uçuş marşrutlarının uzanması, normalda 3 saat olan uçuşun 6-7 saata qədər çəkməsi Azərbaycana səfəri həm vaxt, həm də xərclər baxımından əlverişsiz vəziyyətə gətirib".

"Azərbaycan əlverişli turizm istiqamətidir"

C.Aşurov vurğulayır ki, Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur: "Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Pandemiyadan əvvəl, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səfər edirdi. Hazırda bu rəqəm hələ də həmin səviyyəyə çatmayıb, yəni çıxışların sayı o dövrdəkinin təxminən yarısı qədərdir. Bu da göstərir ki, tələbatın böyük hissəsi ölkə daxilində qarşılanır. Ölkədaxili səfərlərin sayı və dinamikası nəzərəçarpacaq dərəcədə artıb".

Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa...

Həmsöhbətimiz vurğulayır ki, daxili turizmin canlanmasında həmkarlar ittifaqlarının və turizm şirkətlərinin təşəbbüsləri mühüm rol oynayıb: "Xüsusilə bu ilin yay aylarında Həmkarlar İttifaqının yeni platforması əsasında səfərlərin sayı artdı. Turizm şirkətləri artıq 1-2 günlük daxili turlar təşkil edirlər. Bu da ölkədaxili turizmi daha əlçatan edib. Yalnız hotellər deyil, kənd evləri, kiçik ailəvi evlər, "aframe" tipli evlərin sayının artması da insanlara münasib qiymətlərlə istirahət imkanı yaradır. Amma gələn il daha çox turist qəbul etmək üçün hava nəqliyyatı infrastrukturundan istifadə zəruridir. Əgər quru sərhədlərin açılması geciksə, digər beynəlxalq hava limanlarımızın imkanlarından daha səmərəli istifadə edilməlidir. Əlverişli qiymətə uçuşlar təklif edən aviaşirkətlərin cəlb olunması vacibdir. Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa, həm ölkəmizə gələn turistlərin sayı, həm də regionlarda turizm aktivliyi artar".

Paylaş

Xəbər lenti

Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Bu gün, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Bu gün, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Bu gün, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Bu gün, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Bu gün, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Bu gün, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Bu gün, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Bu gün, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Bu gün, 17:48 MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib Bu gün, 17:48 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" Bu gün, 16:49 Şəxsi qərarları süni intellektə həvalə edənlərə XƏBƏRDARLIQ Bu gün, 16:49 Bakıda restorandakı yanğın söndürüldü Bu gün, 16:49 25 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı Bu gün, 16:48 Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir Bu gün, 16:48 Bakıda təcili yardım maşınında yük daşınır Bu gün, 16:48 DSMF 30 milyon manat xərcləyəcək - 2027-ci ildə.... Bu gün, 16:48 Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Bakıya yağış, dağlara qar yağacaq Bu gün, 15:48 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi Bu gün, 15:48 537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 15:48 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq Bu gün, 15:48 Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi Bu gün, 15:48 Romelu Lukaku Belçika millisində karyerasını başa vurdu Bu gün, 15:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi Bu gün, 15:48 Vinisius Junior: "Mən də insanam, tez-tez səhvlər edirəm" Bu gün, 15:48 Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir Bu gün, 15:48 Kadir İnanır həyat yoldaşına bankda 60 milyon nağd pul qoyub? Bu gün, 15:48 SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib Bu gün, 15:48 Bakının mərkəzində səki çöküb - İcradan açıqlama Bu gün, 15:48 Əmək Məcəlləsində yeni dövr: Kimlər qazanacaq, kimlər itirəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: NATO ilə tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır Bu gün, 15:48 "PAŞA Həyat Sığorta" və "TABIA Group" sağlamlıq və rifah üzrə əməkdaşlıq edəcək Bu gün, 13:48 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu gün, 13:48 Bakıda polis əməkdaşı vəfat etdi Bu gün, 13:48 Maliyyə naziri: "Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə 1.4 milyard manat ayrılacaq" Bu gün, 13:48 Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib Bu gün, 13:48 Xaçmazda evdə yanğın olub, 90 yaşlı qadının meyiti aşkarlanıb Bu gün, 13:48 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib Bu gün, 13:48 Dövlət Agentliyi müddətdən artıq hərbi xidmətə qəbul elan etdi Bu gün, 13:48 AMB sədri: "Vətəndaşlarımızın manata inamı artıb" Bu gün, 13:48 Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır Bu gün, 12:48 Alians Development Bakıda dənizlə şəhəri birləşdirən "Bayıl Bulvarı"nın inşasına başlayıb Bu gün, 12:48 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib Bu gün, 12:48 Xorvatiyada qızıl medal qazanan Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır" Bu gün, 12:48 İçərişəhərdə maşınını park edən bloger qiymətdən şoka düşdü Bu gün, 12:48 Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 12:48 Mikayıl Cabbarov: "Böyük layihələri borclanmadan həyata keçiririk" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR