17-11-2025, 12:48 328

Silk Way West Airlines və Azərpoçt poçt və e-ticarət logistikasını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıb

Silk Way Group şirkətlər qrupunun baş ofisində regionun aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines və Azərbaycanın milli poçt operatoru "Azərpoçt" MMC arasında poçt logistikası, hava nəqliyyatı və elektron ticarət daşımaları sahələrində tərəfdaşlığı gücləndirmək məqsədilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.

Razılaşma beynəlxalq və daxili yükdaşımalar, poçtun çeşidlənməsi, anbar xidmətləri və logistikanın optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlıq çərçivəsini müəyyən edir. Hər iki tərəf təcrübə və infrastruktur imkanlarını birləşdirərək, poçt və yük axınlarının səmərəliliyini həm Azərbaycan daxilində, həm də beynəlxalq miqyasda artırmağı hədəfləyir.

Memoranduma əsasən, Azərpoçt beynəlxalq poçt və elektron ticarət bağlamalarının Bakıya və digər istiqamətlərə daşınması üçün Silk Way West Airlines şirkətinin qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Nəticədə Silk Way West Airlines daşımaların həcmini artırmaq imkanı əldə edəcək, Azərpoçt isə ölkə daxilində çeşidləmə, emal və son ünvana çatdırılma xidmətlərini həyata keçirəcək.

Eyni zamanda, bu əməkdaşlıq hər iki tərəfin birgə logistika həlləri və müasir paylama modellərinin tətbiq etməyi planlaşdırdıqları Ələt Azad İqtisadi Zonasında yeni imkanlar yaradacaq. İlkin mərhələ çərçivəsində bütün poçt və e-ticarət bağlamalarının emalı üçün 12.000 kvadratmetr sahəsi olan tam avtomatlaşdırılmış e-ticarət terminalının yaradılması nəzərdə tutulur ki, bu da regional miqyaslı logistika əməliyyatlarının əsasını formalaşdıracaq.

Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov qeyd edib: "Bu əməkdaşlıq Azərbaycanın poçt və logistika infrastrukturunun inkişafında mühüm mərhələdir. Azərpoçt ilə birləşərək biz e-ticarət logistikasında imkanlarımızı daha da genişləndirməyi və Ələt Azad İqtisadi Zonasının regional və qlobal yük axınları üçün əsas mərkəzə çevrilməsinə töhfə verməyi hədəfləyirik."

"Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib: "Silk Way West Airlines ilə əməkdaşlığımız beynəlxalq poçt əməliyyatlarının səmərəliliyini və sürətini əhəmiyyətli dərəcədə artıracaq, müştərilərimizə həm ölkə daxilində, həm də xaricdə daha çevik və etibarlı çatdırılma xidmətləri təqdim etməyə imkan verəcək. Gələcəkdə Silk Way West Airlines və Azərpoçt rəqəmsal, əməliyyat və infrastruktur layihələri vasitəsilə əməkdaşlığı daha da dərinləşdirməyi, Azərbaycanın Şərqlə Qərbi birləşdirən mərkəzi logistika qovşağına çevrilməsi məqsədini dəstəkləməyi planlaşdırır".

Silk Way West Airlines haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.

Azərpoçt haqqında

Azərbaycanın yeganə milli poçt operatoru olan "Azərpoçt" MMC ölkə əhalisinin bütün təbəqələrinə və biznes subyektlərinə münasib tariflərlə poçt, e-ticarət və maliyyə xidmətləri təqdim edir. 1000-dən çox poçt şöbəsini əhatə edən geniş xidmət şəbəkəsi sayəsində şirkət ölkə üzrə etibarlı və effektiv poçt xidmətlərinin göstərilməsində mühüm rol oynayır.

Azərpoçt avtomatlaşdırma, rəqəmsallaşma və e-ticarət logistikası sahəsində infrastrukturunu modernləşdirməyə davam edir. Maliyyə xidmətləri, innovativ İT həlləri və beynəlxalq poçt tərəfdaşlıqlarını inteqrasiya etməklə, şirkət Azərbaycanın müasir və rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyən tammiqyaslı logistika və maliyyə operatoruna çevrilir.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR