19-11-2025, 14:48 318

Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı

Balakən rayonunda kafedə ər-arvad arasında mübahisə həbslə nəticələnib.

AVESTA.AZ "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Balakən şəhərindəki kafelərdən birində baş verib.

1993-cü il təvəllüdlü Aydın Səlimov həmin kafeyə gələrək orada ofisiant işləyən qeyri-rəsmi münasibətdə olduğu Mahirə (adı və soyadı şərti - red.) ilə mübahisə edib. Ucadan nalayiq ifadələrlə qadını təhqir edib.

Təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

İş üzrə ifadə verən A.Səlimov bildirib ki, 3 ildən çoxdur Balakən rayon sakini Mahirə ilə dini kəbinlə ər-arvad münasibətində yaşayır:

"Bir həftə əvvəl Mahirə kafedə ofisiant kimi işləməyə başladı. Onun kafedə işləməsini istəmirdim. Bu səbəbdən aramızda narazılıq yarandı və ayrıldıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün Mahirə ona zəng edib və işlədiyi kafeyə çağırıb: "Kafeyə getdim, Mahirə ilə oturub çay içdik. Aramızda mübahisə yarandı, onu təhqir etdim. Sonrakı gün Mahirə zəng edərək qızı Aysunun olduğu videonu nə üçün "TikTok" səhifəsində paylaşdığını soruşdu və videonu silməyimi dedi.

Ona Aysunun idarə etdiyim "Mercedes Vito" mikroavtobusunda olduğunu, avtomaşını paylaşdığımı izah etdim, videonu siləcəyimi bildirdim və dərhal sildim. Mahirənin Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət etməsini sonradan eşitdim. Mən videonu qəsdən paylaşmamışam".

İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, Aydınla 3 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb: "Birgə yaşadığımız müddətdə xərclərimi qarşılamırdı. Bu səbəbdən ondan ayrıldım və Balakən şəhərində yerləşən kafedə ofisiant kimi işləməyə başladım. Aydın işləməyimi istəmirdi. Bu səbəbdən iş yerimə gəlib, məni axtarıb".

Zərərçəkmiş şəxsin ifadəsinə görə, növbəti gün saat təxminən 14 radələrində Aydın yenidən onun işlədiyi kafeyə gəlib: "Mənə niyə onun arxasınca danışdığımı bildirdi, məni əxlaqsız sözlərlə təhqir etdi. Həmin gün ondan şikayət etmədim. Sonrakı gün "TikTok" səhifəsində Aydının səhifəsində qızım Aysunun da olduğu videogörüntünü icazəsiz paylaşdığını gördüm. Zəng edərək videonu silməsini istədim. Gah silməyəcəyini, gah da gizlədəcəyini dedi".

Balakən Rayon Məhkəməsinin qərarı ilə A.Səlimov 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş

Xəbər lenti

Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR