
Göygöldə ağır avtomobil qəzası olub, ölənlər var.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.