20-11-2025, 15:48 259

Müəllimini aldadıb 355 min manatını ələ keçirdi

Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq, onların külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb.

AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Bildirilib ki, Nihad Lənkəranda orta məktəbi bitirdikdən sonra Bakıda ali təhsil alıb. Sonra onun orta məktəbdə müəllimi olmuş Lənkəran şəhər sakini Rəhilə Əliyevanın (zərərçəkmişlərin ad-soyadları şərtidir) BƏƏ-də işləyən oğlu Mirseyidlə münasibəti yaranıb.

Nihad onları Dubaydan elektron fotoaparatlar gətirib ölkədə satmağın yüksək gəlir gətirəcəyinə inandırıb. Nihadın coğrafiya müəllimi olmuş atası Rasim Rəhimov ilə məktəbdə iş yoldaşı olan Rəhilə Əliyeva onun dediklərinə inanıb və 355 min manat pul verib.

Lakin o, verdiyi vədlərə əməl etməyərək aldığı pulların hamısını dələduzluqla ələ keçirib. Nihad həmin dövrdə müxtəlif ölkələrə səfərlər edərək vəsaitin böyük hissəsini xərcləyib.

Bundan başqa, Nihadın müəllim kimi işə düzəltmək adı ilə 2 nəfərdən müvafiq olaraq 5 min və 40 min manat, bir nəfərdən isə Dubayda hotel biznesinə yatırım vədi ilə 41 min manat alaraq ələ keçirməsi də müəyyənləşdirilib.

Məhkəmə araşdırması zamanı N.Rəhimli bildirib ki, 2023-cü ildə vəfat edən atası zərərçəkmiş şəxslərin bəziləri ilə birgə iş görüb və aralarında pul məsələsi olub. O, ittihamların böyük hissəsini qəbul etməyib.

Nihadın anası isə ifadəsində qeyd edib ki, mərhum əri müəllim kimi işlədiyi məktəbdə iş yoldaşı Rəhilə Əliyeva ilə birgə iş görüb. O, ərinin Rəhilədən faizlə pul götürdüyünü və ona 300 min manata yaxın pul verdiyini deyib.

Həmçinin məlum olub ki, Nihadın atası həmin ərəfədə Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edibmiş.

Məhkəmə Nihadı Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib. Ona 7 il həbs cəzası verilib.

Həmçinin Nihada qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan müəllimi olmuş Rəhilə Əliyevaya 313 min manat, digər 2 zərərçəkənə isə 46 min manat tutularaq ödənməsi yer alıb.

Paylaş

Xəbər lenti

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Bu gün, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Bu gün, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Bu gün, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Bu gün, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Bu gün, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Bu gün, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Bu gün, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Bu gün, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Bu gün, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Bu gün, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Bu gün, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Bu gün, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Bu gün, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Bu gün, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Bu gün, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Bu gün, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Bu gün, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR