
Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.
AVESTA.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, ölənlərdən biri - Emil Quliyev Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndindəndir.
Bir müddət öncə hərbi xidmətini başa vuran Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib, Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel" restoranına ofisiant kimi işə düzəlibmiş.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.