22-11-2025, 11:48 225

Bu gün məşhur kinorejissor Rasim Ocaqovun doğum günüdür

Xalq artisti, kinorejissor Rasim Ocaqovun anadan olmasından 92 il ötür.

Ocaqov Rasim Mirqasım oğlu 1933-cü ilin bu günü, yəni noyabrın 22-də Şəkidə doğulub.

Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Bundan sonra gənc fotoqraf bu sənəti dərindən öyrənməyə başlayır.

Ocaqov orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub.

O, 1956-cı ildə təhsilini bitirərək 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb. Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirə layiqdir.

Əmək fəaliyyətinə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb.

Sumqayıt metallurqlarının həyatından bəhs edən "Onun böyük ürəyi" filmi R.Ocaqovun ilk sərbəst işi olub.Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb. "Tütək səsi", "Ad günü", "Ölsəm bağışla", "İstintaq"və digər bənzərsiz filmlərin rejissoru Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb.

Rejissor kimi ilk işi yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi "Tütək səsi" filmi olub.

Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib.

Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.

Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib. Milli zəmində lentə alınmış sənət nümunələri Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi "Qətldən 7 gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir.

Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib. Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir.

Xalq artisti Rasim Ocaqov 2006-cı ildə Bakıda vəfat edib.

Paylaş

Xəbər lenti

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub Bu gün, 11:48 FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır Bu gün, 11:48 Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub Bu gün, 11:48 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib Bu gün, 11:48 Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək Bu gün, 11:48 "Euronews" Azərbaycanda etiqad azadlığından bəhs edən süjet hazırlayıb Bu gün, 11:48 Bakıda iki motosiklet toqquşdu: ÖLƏN VAR - ANBAAN GÖRÜNTÜ Bu gün, 11:48 Abbas Abbasov: Media dekolonizasiyanın təşviqində əsas rol oynayıb Bu gün, 10:48 "Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir Bu gün, 10:48 Monteneqroda törədilmiş ağır cinayətlə bağlı Azərbaycanda DNT tədqiqatı aparılıb Bu gün, 10:48 Fransanın "Bezye" klubunun üzvü Lutsobo Makvedini 20 yaşında vəfat edib Bu gün, 10:48 Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı Bu gün, 10:48 Zakir Həsənov Türkiyədə azərbaycanlı məzunlara diplomlarını təqdim edib Bu gün, 10:48 Qobustanda ağır qəza: Ölən var Bu gün, 10:48 Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib Bu gün, 09:48 İranın neft emalı zavodunda yanğın söndürülüb Bu gün, 09:48 Balakəndə sel: 400-dən çox ev su altında qaldı Bu gün, 09:48 "Qayınanam yeməyi əlimdən aldı ki, sən qazanmısan?!" - Elnarə Əmiraslanovadan ailə dərsi Bu gün, 09:48 DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı Bu gün, 09:48 Görkəmli rejissor Rasim Ocaqovun vəfatından 20 il ötür Bu gün, 09:48 Bakıda "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans keçirilir Bu gün, 09:48 Azərbaycan XİN Monqolustanı təbrik edib Bu gün, 09:48 Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə Bu gün, 09:48 Keniyalı atlet 27 illik rekordu təzələdi Bu gün, 09:48 DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib Bu gün, 08:48 Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub Bu gün, 08:48 Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir... Bu gün, 00:48 İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü Bu gün, 00:48 Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir Dünən, 23:48 "Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib Dünən, 23:48 Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər Dünən, 23:48 Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb Dünən, 23:48 Ucarda 16 yaşlı yeniyetmə suda boğulub Dünən, 23:48 Erməniəsilli jurnalist: "ABŞ eyni vaxtda iki fərqli ölkəyə - Bosniya və Herseqovinaya qarşı oynadı" Dünən, 23:48 Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb Dünən, 22:48 Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar Dünən, 22:48 "Yayda toz-torpaq, qışda isə palçıq" - Ağsu sakinlərinin yol dərdi Dünən, 22:48 FHN dənizdə batan 19 yaşlı Zeynəbin axtarışına helikopter cəlb edib Dünən, 22:48 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib Dünən, 21:48 Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib Dünən, 21:48 Hacı Kərimov Avropa çempionatının finalına çıxıb Dünən, 21:48 Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR Dünən, 21:48 Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü Dünən, 21:48 Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun Dünən, 21:48 Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb Dünən, 21:48 Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib Dünən, 20:48 Dünyanın 1 nömrəli avtomobil idxalçısı – Azərbaycan və Gürcüstan avtomobil biznesi üçün tarixi gün! Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR