11-07-2025, 10:48 363

Görkəmli rejissor Rasim Ocaqovun vəfatından 19 il ötür

Bu gün Xalq artisti Rasim Ocaqovun anım günüdür. Onun vəfatından 19 il ötür. 

Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir.

Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır.

Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb. Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirə layiqdir.

Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.

Əmək fəaliyyətinə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən "Onun böyük ürəyi" filmi R.Ocaqovun ilk sərbəst işi olub.

Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb. "Tütək səsi", "Ad günü", "Ölsəm bağışla", "İstintaq"və digər bənzərsiz filmlərin rejissoru Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb.

Rejissor kimi ilk işi yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi "Tütək səsi" filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.

Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib. Milli zəmində lentə alınmış sənət nümunələri Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi "Qətldən 7 gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib. Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir.

İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək.

Rasim Ocaqov 2006-cı ilin bu günü, yəni iyulun 11-də də Bakıda dünyasını dəyişib.

Paylaş

Xəbər lenti

Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Bu gün, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Bu gün, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Bu gün, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Bu gün, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Bu gün, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Bu gün, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Bu gün, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Bu gün, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Bu gün, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Bu gün, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Bu gün, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Bu gün, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Bu gün, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Bu gün, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Bu gün, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Bu gün, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Bu gün, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Bu gün, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Bu gün, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Bu gün, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Bu gün, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Bu gün, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Bu gün, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Bu gün, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Bu gün, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Bu gün, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Bu gün, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Bu gün, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Bu gün, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Bu gün, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Bu gün, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Bu gün, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Bu gün, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Bu gün, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Bu gün, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Bu gün, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Bu gün, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Bu gün, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Bu gün, 15:48 Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır Bu gün, 15:48 Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı Bu gün, 15:48 XƏBƏRDARLIQ: Bu tarixlərdə hava dəyişəcək Bu gün, 15:48 UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb Bu gün, 15:48 Sitalçayda qatar minik avtomobili ilə toqquşdu Bu gün, 15:48 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb Bu gün, 14:48 Bakıda fərdi yaşayış evi yandı Bu gün, 14:48 Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR