
Yanvarın 22-də TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın tanınmış kinorejissoru Rasim Ocaqovun anadan olmasının 90 illiyi qeyd ediləcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbir çərçivəsində fotosərgi təşkil olunacaq.
Eyni zamanda saat 15:00-da Ankara Milli Kitabxanasının konfrans salonunda "Təhminə" filminin nümayişi baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.