
Ötən gün Binəqədidə faciəli şəkildə həyatını itirən dörd ofisiantdan biri - Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib.
Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.
Xatırladaq ki, noyabrın 21-i Biləcəridə "Lake Hotel" restoranının yaxınlığında oranın dörd əməkdaşı - Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov faciəli hadisə nəticəsində həyatlarını itiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.