23-11-2025, 14:48 252

COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib

Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), 6-7 noyabrda isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Liderlər Zirvəsində Azərbaycanı Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Milli Məclisin sədri Azərbaycan adından bəyanat səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.

COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycan Respublikasından Braziliyaya təhvil verilib. COP29-un sədri, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxış edərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövr ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. M.Babayev həmçinin COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuş bir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin (XİN) heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyəti Konfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarların qəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub.

COP30 sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinə namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların aparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmış intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, COP30 çərçivəsində COP sədri tərəfindən Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədlərin razılaşdırılması prosesinə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edib.

Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığı müzakirələrin nəticəsində mümkün qərar layihələrinə dair tövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim edib və bu müzakirələr müvafiq sənədlər üzrə qərarların qəbuluna töhfə verib.

XİN heyəti həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı beş tədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir neçə tədbirin keçirilməsinə həm-təşkilatçı qismində dəstək göstərib.

Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.

Paylaş

Xəbər lenti

Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu Bu gün, 13:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 13:48 Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ Bu gün, 13:48 Azərbaycan-Yəmən münasibətlərinin gücləndirilməsi müzakirə olunub Bu gün, 13:48 Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır - RƏY Bu gün, 13:48 Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb Bu gün, 13:48 Əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla DANIŞMAYIN Bu gün, 12:48 Dünənki oyundan sonra nazirdən "Neftçi" ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 12:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı Bu gün, 12:48 Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb Bu gün, 12:48 İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib Bu gün, 12:48 Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ Bu gün, 12:48 Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir Bu gün, 12:48 "Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO Bu gün, 11:48 Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər Bu gün, 11:48 XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır Bu gün, 11:48 İran hava məkanını qismən açdı Bu gün, 11:48 Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq Bu gün, 11:48 Avropa çempionatı: Südabə Ağayeva ikinci qələbəsini qazanıb Bu gün, 11:48 ADY Şimal-Cənub dəhlizində irimiqyaslı moderinləşdirilmə layihəsinə başlayır Bu gün, 11:48 Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür Bu gün, 10:48 Ulduzlar xəbərdarlıq edir: Bu bürclər böyük səhv edə bilər Bu gün, 10:48 Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib Bu gün, 10:48 FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib Bu gün, 10:48 FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək Bu gün, 10:48 Yola çıxanların NƏZƏRİNƏ Bu gün, 10:48 Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər Bu gün, 09:48 Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb Bu gün, 09:48 Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər Bu gün, 09:48 "Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 10 %-ə yaxın azalıb Bu gün, 09:48 Avropa çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır Bu gün, 09:48 Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür Bu gün, 09:48 Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı Bu gün, 00:48 SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib Bu gün, 00:48 Başlıbel qətliamından 33 il ötür Bu gün, 00:48 Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib Dünən, 23:48 "Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb Dünən, 23:48 Odlar ölkəsinin fəxri: Rafael Ağayev Dünən, 23:48 Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi Dünən, 23:48 Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU Dünən, 23:48 Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir Dünən, 22:48 Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir Dünən, 22:48 ABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir Dünən, 22:48 Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? Dünən, 22:48 Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR