
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində partlayış baş verən obyektdə xəsarət alanlardan dördü evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, noyabrın 24-də saat 09:00 radələrində obyektdə baş vermiş partlayışda 5 nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan bir kişi termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Xəsarət almış dörd nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.