
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın yanına getməkdən imtina edib.
AVESTA.AZ xəbər verir ki, O, bu qərarını Ukraynadakı münaqişənin sona çatdırılması ilə bağlı planın üzərində əlavə işləməyə ehtiyac olması ilə izah edib.
Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında yazıb.
"Zelenski imtina edib və daha detallı işlənmiş planın, həmçinin Avropa liderləri ilə məsləhətləşmələrin vacibliyini əsas gətirib",-deyə ukraynalı deputat əlavə edib.
Qonçarenko qeyd edib ki, Zelenskinin ehtimalən gələn həftə Vaşinqtona uçacağı gözlənilir və o, bunu şəxsən Trampa bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.