
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisindəki münaqişənin həlli perspektivləri ilə bağlı vacib bəyanatla çıxış edib.
AVESTA.AZ xəbər verir ki, onun "Telegram"da yayımladığı videomüraciətində Zelenski hərbi qarşıdurmanın ABŞ-nın prezidenti Donald Trampın prezidentlik müddəti bitənədək başa çatacağına ümid etdiyini bildirib.
"Onun yardımına inanıram. Mən Trampın köməyinə, ABŞ-nin nüfuzuna çox ümid edirəm. İnanıram ki, müharibə danışıqlar yolu ilə bitəcək", – deyə Zelenski vurğulayıb.
O, Amerika administrasiyası ilə əməkdaşlığa hazır olduğunu ifadə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.