26-11-2025, 10:48 354

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Hər gün milyonlarla insan sosial şəbəkələrdən istifadə edir. Bu sosial platformaları sadəcə məlumat əldə etmək üçün istifadə edib yararlananlar da var, bəzi paylaşımlarına görə onun zərərli təsirlərindən (zorakılıq, dələduzluq) təsirlənənlər də... Bəzən böyüklər kimi uşaqlar da sosial şəbəkələrin qurbanına çevrilir. Bunun üçün Avstraliya, Yeni Zelandiya, Malayziya kimi ölkələr uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti tətbiq edir. Bu ölkələrdə yaşı 16-dan az olan uşaqların sosial platformalara girişi ya tamamilə ya da ki, qismən məhdudlaşdırılır.

Bəs Azərbaycanda necə, bu təcrübə tətbiq edilə bilərmi? Ölkəmizdə də uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti qoyula bilərmi?

Sosioloqların sözlərinə görə, genefondumuzu xilas etmək üçün bu mühüm addımı atmaq çox vacibdir.

Bu barədə AVESTA.AZ-ə açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, sosial şəbəkələr uşaqlar arasında aqressivlik, zorakılıq və şiddəti təbliği edir, həmçinin onların dərslərindən geri qalmalarına səbəb olur:

"Əvvəla biz bilməliyik ki, övladlarımız sosial şəbəkələrdə nələrə baxır... Hansı videolar onun qarşısına çıxır? Axı bu barədə məlumatımız yoxdur. Hər kəs bilir ki, sosial şəbəkədə bəzi linkləri açanda xoşagəlməz videolarla qarşılaşırıq. Buna yetkinlik yaşında olan insanların belə baxması etik deyil, qaldı ki, o videoları uşaqlar izləsinlər... Fikrimcə qadağa 16 yaşa qədər yox, elə 13-14 yaşdan aşağı uşaqlara qoyulmalıdır.

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Təbii ki, burada valideynlərində üzərinə böyük öhdəlik düşəcək. Elə bir mexanizm hazırlanmalıdır ki, uşaqlar sosial şəbəkəyə daxil olarkən hansı platformadan istifadə ediyi bilinsin. Bizim cəmiyyətdə bununla bağlı uşaqlara qadağa qoyulmayıb. Əksər insan bu barədə düşünmür, heç vecinə də almır ki, bu videolar bizim övladlarımızın axırına çıxa bilər! Onların bu cür sosial şəbəkələrdə nə işi var? Bu suala hələdə cavab verə bilmirlər.

Uşaqların təhsildə geriləməsinin səbəbi və pis vərdişlərinin olması elə onların sosial şəbəkələrdə daha çox olması ilə bağlıdır. Onların digər yaşıdları üzərində zorakılıq tətbiq etməsi onların sosial şəbəkələrdə dırnaq arası maarifləndirilməsidən irəli gəlir. Biz gələcək nəsli xilas etmək istəyiriksə, bu qadağa bizim ölkədə də tətbiq edilməlidir".

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Digər sosioloq Üzeyir Şəfiyev də AVESTA.AZ-ə açıqlamasında vurğulayıb ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulmalıdır:

"Uşaqlar bizim həssas yerimizdir. Ölkə əhalisinin təqribən 25-26 faizini onlar təşkil edir. Sosial şəbəkələrdəki mühit normal olmalıdır ki, onlar da sosiallaşa bilsinlər. Cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi böyüsünlər. Lakin əfsuslar olsun ki, sosial şəbəkələrdə əxlaqa və hüquqa zidd paylaşımlar edilir. Kriminal aləmin insanları qəhrəman kimi təqdim edilir. Bu səbədən yaş limitin olması çox yaxşı olardı. "Tiktok" sosial şəbəkəsi Çində yaranmasına baxmayarq qadağan edilib. Onun analoqunu yaradıblar. Lakin burda da uşaqlara vaxt limiti qoyublar. Qardaş Türkiyədə sosial şəbəkəni təmin edən qanun var və orada da limit qoyulub. Çünki artıq dünya ölkələri görürür ki, sosial şəbəkələr uşaqları aqresssivləşdirir və onların sosiallaşmasının qarşısını alır. Bu səbəbdən də yaş məhdudiyyəti tətbiq edirlər".

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Sosioloqların sözlərinə görə, sosial şəbəkələrdən davamlı istifadə uşaqlarda mütəmadi diqqət dağınıqlığına, asılılıq vərdişinə, özünəqayğının azalmasına səbəb olur.

O cümlədə aqressiv və ya uyğun olmayan davranışlara meyil, gecə yuxu rejiminin pozulması, real sosial bacarıqların zəifləməsi, tükənmə və emosional dalğalanmalara da gətirib çıxarır.

Bu səbəbdən uşaqlara sosial şəbəkələrdən istifadə zamanı vaxt məhdudiyyəti qoyulmalı, alternativ fəlaiyyətlər təşkil edilməli, müəllimlə-valideyn əməkdaşlığı gücləndirilməli və onlarla onlayn təhlükələr barədə söhbətlər aparılmalıdır.

Paylaş

Xəbər lenti

İranda COVID-19-a yoluxma artır Bu gün, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Bu gün, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Bu gün, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Bu gün, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Bu gün, 16:48 Azərbaycanlı professor vəfat edib Bu gün, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Bu gün, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Bu gün, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Bu gün, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Bu gün, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Bu gün, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Bu gün, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Bu gün, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Bu gün, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Bu gün, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Bu gün, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR