26-11-2025, 15:48 743

Trendyol 100% bərpa olunan enerjiyə keçir

Trendyol 300-dən çox ofis, paylama və transfer mərkəzində I-REC sertifikatlı tamamilə bərpa olunan elektrik enerjisindən istifadəyə keçir. Bununla da şirkət öz əməliyyatlarında 2040-cı il üçün müəyyən etdiyi karbon neytrallığı hədəfinin təxminən 70%-nə planlaşdırıldığından daha tez çatacaq.

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol "2024-cü il Dayanıqlılıq Hesabatı"nı dərc edib. Hesabat şirkətin dayanıqlılıq hədəfləri istiqamətində atdığı addımları və gələcək üçün müəyyən etdiyi strateji prioritetləri əks etdirir. Hesabata görə, Trendyol 2040-cı il karbon neytrallığı hədəflərinə doğru uğurla irəliləyir.

Şirkət dayanıqlılıq istiqamətində mühüm bir addım ataraq, 300-dən çox ofis, paylama və transfer mərkəzində I-REC sertifikatlı, tamamilə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisindən istifadəni reallaşdırıb.

Trendyol hidroelektrik də daxil olmaqla, müxtəlif mənbələrin sertifikatlaşdırılmasının mümkün olduğu bu sistemdə günəş və külək enerjisinə üstünlük verərək əməliyyatlarının ekoloji təsirini minimuma endirməyi hədəfləyir. Bu yanaşma sayəsində şirkət, öz əməliyyatlarında 2040-cı il üçün müəyyən etdiyi karbon neytrallığı hədəfinin təxminən 70%-nə planlaşdırılandan daha tez çatacağını açıqlayıb.

Erdem İnan: "Dayanıqlı inkişaf artıq seçim deyil, zərurətdir"

"2040-cı il karbon neytrallığı hədəflərimizi də əhatə edən dayanıqlılıq səyahətimizdə ilk gündən etibarən qətiyyətlə irəliləyir, texnologiya ilə innovasiya potensialımızdan cəmiyyət və dünya üçün davamlı dəyər yaratmaq məqsədilə istifadə edirik. Dayanıqlılıq strategiyamızın 3 illik mərhələsinə çatdıq və ilk gündən qarşıya qoyduğumuz hədəflərimizi yenidən qiymətləndirdik. 2024-cü il ərzində məlumat təhlili, təchizat zənciri səmərəliliyi və enerji idarəçiliyi sahələrində süni intellekt həllərini tətbiq edərək dayanıqlı transformasiya yolunda mühüm addımlar atdıq.

Bu gün çatdığımız səviyyəyə son nöqtə kimi yox, yeni mərhələnin başlanğıcı kimi baxırıq. Bu yanaşmanın əsasında dayanıqlılığın dinamik proses olması və ehtiyaclar dəyişdikcə, davamlı yenilənmə tələb etməsi anlayışı dayanır. Gələcəkdə də dəyişən şərtlərə, maraqlı tərəflərin gözləntilərinə və qlobal tələblərə uyğun olaraq, strategiyamızı daim yeniləyəcəyik", - deyə "Trendyol Qrup"un baş icraçı direktoru Erdem İnan bildirib.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik ilk e-ticarət şirkəti Trendyol üçüncü Dayanıqlılıq Hesabatında son bir ildə fəaliyyət həcminin artmasına baxmayaraq, karbon səmərəliliyini qoruduğunu açıqlayıb. Şirkət hazırda tullantılarının 99%-ni təkrar emala yönəldir və ən azı 50% təkrar plastikdən hazırlanmış karqo paketlərindən istifadə edir. Bununla yanaşı, Trendyol dayanıqlı istehsala fokuslanan məhsul çeşidini sürətlə genişləndirərək, 2024-cü ildə "Trendyol Care" etiketli məhsulların sayını 225% artırıb. Həmçinin, Türkiyədən Körfəz ölkələri və Şərqi Avropadakı müştərilərə 520 min dayanıqlı məhsul çatdırılıb.

Trendyol ikiqat prioritetləndirmə yanaşması çərçivəsində bütün maraqlı tərəflərin rəylərini toplayaraq, ekoloji və sosial sahədə 20 əsas mövzunu müəyyən edib, dayanıqlılıq strategiyasını buna uyğun yeniləyib. Strategiyanın yenilənməsi zamanı əməkdaşlar, satıcılar, biznes tərəfdaşları və müştərilər daxil olmaqla, bütün maraqlı tərəflərin rəy və gözləntiləri nəzərə alınıb.

Uzunmüddətli ekoloji yol xəritəsində də konkret öhdəliklər müəyyən edilib. Şirkət öz əməliyyatlarında 2040-cı ilə, bütün tərəfdaşları və təchizatçıları əhatə edən dəyər zəncirində isə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

Trendyol 2025-ci ilə qədər bütün logistika mərkəzlərində "sıfır tullantı" sertifikatını əldə etməyi və bütün pərakəndə qablaşdırma materiallarını sertifikatlı mənbələrdən təmin etməyi planlaşdırır. Dayanıqlı istehsalda isə 2030-cu ilə qədər məhsulların 20%-nin sertifikatlı və patentli materiallardan hazırlanması hədəflənir.

"Trendyol"un dayanıqlılıq strategiyasının mərkəzində ətraf mühit, təbiət, cəmiyyət və bütün maraqlı tərəflər üçün müsbət təsir yaratmaq məqsədi dayanır. Bu yanaşma yalnız kommersiya ekosisteminə deyil, sosial sahələrin fərqli aspektlərində də töhfə verməyə imkan yaradır.

Şirkət bu yanaşmanı beynəlxalq bazarlara da daşımağı və uzunmüddətli müsbət təsir dairəsini daha da genişləndirməyi hədəfləyir. Trendyol dayanıqlılığı sadəcə əməliyyat məsələsi kimi deyil, fəaliyyət göstərdiyi hər bir regionda uzunmüddətli fayda yaradan miras kimi görməyi planlaşdırır.

"Trendyol"un GRI 2021 standartlarına uyğun hazırlanan "2024 Dayanıqlılıq Hesabat"ı karbon emissiyalarının azaldılması, dayanıqlı istehsal, tullantı və qablaşdırma idarəçiliyi, sosial təsir təşəbbüsləri və şirkətin dayanıqlı gələcəyə dair inkişaf planları ilə bağlı ətraflı məlumatı təqdim edir.

I-REC (Bərpa Olunan Enerji Sertifikatı) nədir?

I-REC bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin mənşəyini təsdiqləyən beynəlxalq sistemdir. Bu sistem şirkətlərə enerji istehlakının ekoloji təsirini şəffaf şəkildə göstərməyə imkan verir. Bərpa olunan mənbələrdən istehsal olunan hər 1 MWh elektrik üçün bir sertifikat yaradılır. Beləliklə, istifadə olunan enerjinin ekoloji təsirləri izlənə və hesabatlaşdırıla bilir. Bu sayədə təşkilatlar, bərpa olunan enerji istehlakını beynəlxalq standartlara uyğun şəkildə sənədləşdirərək karbon izlərini azaltmaq hədəflərinə töhfə verirlər.

"Trendyol"un müsbət təsir yanaşması

Təbiət, cəmiyyət və bütün tərəfdaşlar üçün pozitiv təsir yaratmaq "Trendyol"un dayanıqlılıq strategiyasının mərkəzi xəttini təşkil edir. Bu yanaşma şirkətin yalnız ticarət ekosisteminə deyil, sosial həyatın müxtəlif sahələrinə də dəyər qatmasını təmin edir.

Trendyol pozitiv təsir yanaşmasını beynəlxalq bazarlara da daşıyaraq qalıcı təsiri artırmağı hədəfləyir. Şirkət Azərbaycanda ətraf mühitin qorunması və sosial təsir istiqamətində müxtəlif layihələri dəstəkləyir.

"Trendyol 2024 Dayanıqlılıq Hesabatı"nın tam versiyasına buradan baxa bilərsiniz.

Paylaş

Xəbər lenti

Əhalinin NƏZƏRİNƏ - Səhər saat 4-dən başlayıb Bu gün, 16:48 "Santa-Barbara" serialının aktyoru qəzadan sonra vəfat etdi Bu gün, 16:48 Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı - 5 il 6 ay Bu gün, 16:48 Nazirlik "İnterturan" mebel mağazasının fəaliyyətini dayandırdı Bu gün, 16:48 Aralarında 25 yaş fərq olan məşhur cütlüyün evliliyindən 26 il keçir Bu gün, 16:48 İsmayıllıda antisanitar şəraitdə kəsilən 300 kiloqrama yaxın at əti aşkarlanıb Bu gün, 16:48 PARŞ-ın İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib Bu gün, 16:48 Vüsalə Əlizadə: "O uşaq ki təşəkkür edir, artıq tərbiyəsi yerindədir" Bu gün, 16:48 Azərbaycanda 10 ayda 9 tondan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:48 "Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq Bu gün, 16:48 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir? Bu gün, 15:48 Bakı-Sumqayıt yolunda 5 metrlik kanalizasiya quyuları açıq qalıb - TƏHLÜKƏ Bu gün, 15:48 Tramp, Putin və Si Cinpin sülh bəyannaməsi qəbul ediblər Bu gün, 15:48 Xalq şairi: "Ailələrin dağılmasının əsas səbəbkarları qayınanalar olurlar" Bu gün, 15:48 Azərbaycan 4 meymunu Qazaxıstana 200 dollara satdı Bu gün, 15:48 Bəşir Süleymanlı 7 il 6 ay müddətinə həbs edildi Bu gün, 15:48 "Trendyol" COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib Bu gün, 15:48 Tbilisidə yaşayış binasında partlayış - 7 nəfər itkin düşüb, 3-ü uşaqdır Bu gün, 15:48 Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 15:48 Paşinyan: "İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq" Bu gün, 15:48 Uçuşlar dayandı, banklar və kəşfiyyat sistemi çökdü - ABŞ-dəki rəqəmsal böhranın səbəbi açıqlandı Bu gün, 14:48 Azərbaycanda 9 ayda 3,2 milyard manatlıq elektron satınalma təsdiqlənib Bu gün, 14:48 Cennifer Lopez 57 yaşında özünü həqiqətən azad hiss edir Bu gün, 14:48 Şahzadə Uilyam hindistanəsilli olduğu ortaya çıxdı Bu gün, 14:48 ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb Bu gün, 14:48 İspaniyadan Azərbaycana gətirilən şokoladlı meyvələrdə təhlükəli uyğunsuzluq aşkarlanıb Bu gün, 14:48 Biləcəridə iri ağac aşdı - Yol bağlandı Bu gün, 14:48 Prokuror keçmiş vəkilə ağır cəza istəyib Bu gün, 14:48 Məşhur aktyor bu səbəbdən işlədiyi şirkətin qonaq evində qalır Bu gün, 14:48 Marsda kartof çipsinə bənzəyən sirli kristal strukturlar aşkarlandı Bu gün, 14:48 "Atam qucağımda öldü" deyən Elcan Rəsulov göz yaşlarına boğuldu Bu gün, 14:48 Qərbi Azərbaycan İcması ABŞ Konqresindəki dinləmələrə etiraz etdi Bu gün, 14:48 2027-ci ildən dövlət qurumlarına qəbul belə olacaq Bu gün, 13:48 İran: Hörmüz boğazında 3 neft tankeri minaya düşüb Bu gün, 13:48 Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir Bu gün, 13:48 Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik Bu gün, 13:48 Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb Bu gün, 13:48 30 ildir sevgili olsalar da, ayrı evlərdə yaşayırlar Bu gün, 13:48 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır Bu gün, 13:48 Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir Bu gün, 13:48 Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir Bu gün, 13:48 Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir Bu gün, 13:48 Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır Bu gün, 13:48 Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik Bu gün, 12:48 ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi Bu gün, 12:48 Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır Bu gün, 12:48 Bakının sahilboyu əraziləri ilə bağlı YENİ QƏRAR: Zonalar ictimaiyyətə açıq olacaq Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR