29-11-2025, 15:48 257

Aeroportda unudulan baqajlar ucuz qiymətə satılır?

Hava limanında unudulan baqajların saxlanması və onların sonrakı taleyi ilə bağlı məsələlər hər zaman vətəndaşlar üçün diqqət mərkəzində olur. Xüsusilə sosial şəbəkələrdə itirilmiş baqajların ucuz qiymətə satılması kimi yayılan elanlar bəzi sərnişinlərdə narahatlıq da yaradır.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Qafqazinfo"ya açıqlama verən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, baqajın hansı zonada unudulması onun sonrakı prosesini müəyyən edir:

"Əgər unudulmuş baqaj artıq gömrük yoxlamasından keçibsə, bu, həmin əşyanın gömrük nəzarəti zonasında olmadığı və xarici ərazidə yerləşdiyi anlamına gəlir. Yoxlamadan öncə unudulan əşyalar isə "itmiş baqaj" bölməsinə verilir və bu əşyalar gömrük nəzarəti altında, hava limanına məxsus saxlanma yerində qorunur. Unudulmuş baqajların üzərindən müəyyən müddət keçdikdən sonra sahib şəxs yaxınlaşaraq onu götürmək istəyəndə, baqaj gömrük əməkdaşları tərəfindən yoxlanılır. Əgər içərisində mülki dövriyyəsi məhdudlaşdırılmış, qadağan olunmuş və ya qanunsuz əşyalar aşkarlanarsa, həmin əşyalar müsadirə edilə və yalnız o halda satışa çıxarıla bilər. Digər bütün hallarda gömrüyün bu baqajlara münasibəti sıfırdır və onların satışı mümkün deyil".

Şöbə rəisi qeyd edib ki, gömrük orqanı yalnız müsadirə edilmiş əşyaların satışına icazə verir. Sahibsiz elan olunmuş və ya gömrük qanunvericiliyinin pozulması ilə bağlı müsadirə edilən mallar isə qanunvericliyə uyğun şəkildə dövriyyəyə buraxıla bilər.

Bəs itmiş çamadanımızı nə qədər müddət ərzində götürməliyik?

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından sorğumuza cavab olaraq bildirildi ki, hava limanında "itmiş baqaj" anlayışı iki kateqoriyaya bölünür: uçuş zamanı itən baqaj və hava limanı ərazisində unudulan baqaj:

"Uçuş zamanı itmiş baqaj- Sərnişin təyyarədən endikdən sonra baqajının gəlmədiyini görərsə, bu halda məsuliyyət aviaşirkətə məxsusdur. Bunun bir neçə səbəbi ola bilər:

- baqajın sərnişinlər tərəfindən səhv götürülməsi;

- baqajın texniki səbəbdən çatdırılmaması və s.

Bu halda sərnişin hava limanında fəaliyyət göstərən "Lost and Found" xidmətinə müraciət edir. Burada ona xüsusi forma təqdim olunur və sərnişin baqaj etiketini təqdim etməklə sənədi doldurur. Baqaj tapıldıqdan sonra aviaşirkət sərnişinlə əlaqə saxlayaraq baqajı təhvil verir.

Hava limanı ərazisində unudulmuş baqaj - Sərnişin alış-veriş zamanı, kafedə və ya digər məkanlarda baqajını unutduqda, bu artıq hava limanının təhlükəsizlik xidmətinin səlahiyyətinə daxildir. Ərazidə patrul edən çevik qrup baqajı aşkar etdikdə onun yeri ilə bağlı akt tərtib olunur və əşya rəsmi qaydada götürülür. Daha sonra həmin baqaj polisə təhvil verilir. Hava limanı unudulan əşyaları özü saxlamır - yalnız tapıb aktlaşdırır və hüquq-mühafizə orqanlarına təqdim edir. Sərnişin isə istənilən vaxt polis bölməsinə müraciət edərək baqajını geri ala bilər".

Paylaş

Xəbər lenti

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR