
Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, "Yeni klinika"nın Mətbuat Xidmətindən 2000-ci il təvəllüdlü (qadın) şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirildiyi bildirilib:
"Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.