
Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-i saat 01 radələrində Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.