8-12-2025, 16:48 270

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, "İnkişaf Korporasiyası" QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, "PAŞA Holding"in maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları" layihəsinin 2025-ci ildə icrasına dair tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra "Qarabağ KOB-ları" layihəsinin 2025-ci il üzrə icrasına dair videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi sahəsində aparılan işləri diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 406 min xidmət göstərildiyini, o cümlədən onlardan 28.6 min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu bildirib. Nazir işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı işəgötürənlərlə əməkdaşlıq şəraitində icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib. Ötən dövrdə 111 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirən Anar Əliyev "Qarabağ KOB-ları" layihəsinin şəhid ailələrinin, müharibə iştirakçılarının, onların ailə üzvlərinin məşğulluq imkanlarının yaradılmasına xidmət edən mühüm təşəbbüs olduğunu qeyd edib. O, sosial tərəfdaşlıq prinsipi əsasında reallaşdırılan layihənin əhalinin məşğulluğuna bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib, sosial sahədə dəstəyə görə KOBİA-ya, "Paşa Holdinq"ə və prosesdə əməyi olan şəxslərə təşəkkür edib.

Milli Məclisin sədr müavini Musa Qasımlı "Qarabağ KOB-ları" layihəsinin işğaldan azad olunmuş bölgələrdə kiçik və orta biznesin inkişafına və qazilərin, şəhid ailələrinin sosial rifahına töhfə verdiyini qeyd edib. O, həmçinin layihənin davamlı şəkildə dəstəklənməsinin və uğurlu nəticələrinin gələcəkdə digər regionlara da tətbiq edilməsinin vacibliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Qarabağ KOB-ları" layihəsinin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə yeni biznes subyektlərinin yaradılması baxımından da əhəmiyyətlidir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda da davam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyə indiyədək 220 nəfər cəlb olunub. "Qarabağ KOB-ları" layihəsi 2026-cı ildə də şəhid ailələri və qazilərimizə dəstək verməyə davam edəcəkdir.

"Qarabağ KOB-ları"na cəlb edilmiş şəhid xanımı, "Oxloff" çörək və şirniyyat evinin təsisçisi Sonaxanım Abbasova və "PAŞA Holding" MMC-nin direktor müavini Rövşən Allahverdiyev layihə barədə təəssüratlarını bölüşüblər.

Tədbir çəçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR