
Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdlü kənd sakini T.Nuriyevanı vurub.
Hadisə nəticəsində yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, yol-nəqliyyat hadisəsini törədən sürücü ilə xəsarət alan piyada qohumdurlar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.