
"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, Misli Premyer Liqasının XV turunun "Azərsun Arena"da keçirilən "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.
Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.