
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.
Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.