19-12-2025, 13:48 518

Uşaq ölümlərinin sayı 30 faiz azalıb

"TƏBİB tərəfindən ana və uşaq sağlamlığı istiqamətində görülən işlər xüsusi nəzarətdə saxlanılıb, il ərzində ağır vəziyyətdə olan hamilə, zahı qadınlar və uşaqlar üçün yerində tibbi yardım göstərilib, konsiliumlar təşkil olunub və yüksək ixtisaslı həkimlərin regionlara ezamı təmin edilərək bir sıra hallarda ana və uşaq ölümlərinin qarşısı alınıb".

AVESTA.AZ xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib:

"2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub, sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib.

Ana ölümlərinin təhlili göstərir ki, 22 ana ölümündən 16-sı bilavasitə (mamalıq) hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 6-sı isə ekstragenital səbəblərdən baş verib. Mamalıq səbəbləri sırasında qanaxmalar, emboliyalar, preeklampsiya və eklampsiyanın fəsadları, sepsis halları üstünlük təşkil edib. Ekstragenital səbəblər arasında anestetik qüsurlar, ürək dayanması, beyinə qansızma, dərman zəhərlənməsi və virus mənşəli vaskulit halları qeydə alınıb".

İcraçı direktor əlavə edib ki, uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalaraq 2025-ci ildə 751 olub:

"Uşaq ölümlərinin əsas səbəbləri neonatal dövrdə perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar pozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlı pozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip və pnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yolları xəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virus mənşəli ağırlaşmalar olub.

Komissiyaların fəaliyyəti çərçivəsində ana və uşaq ölümləri, eləcə də ağırlaşmış hallar təhlil olunub, intizam tədbirləri tətbiq edilib və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Bütün bu görülən işlər ana və uşaq sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və regionlarda əlçatanlığın təmin olunmasına xidmət edir".

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR