21-12-2025, 12:48 345

Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini

Son illərdə Azərbaycanda və dünyada sosial şəbəkələrdə bloqerlərin tibbi məsləhətlər verməsi halları artıb. Milyonlarla izləyicisi olan bu şəxslər özlərini "sağlamlıq eksperti" kimi təqdim edir, tibbi terminlərlə danışır, səhiyyə ilə bağlı videolar hazırlayırlar.

Lakin onların əksəriyyətinin nə tibbi təhsili, nə də klinik təcrübəsi var. Bu isə həm cəmiyyət, həm də səhiyyə sistemi üçün ciddi təhlükələr yaradır. Bloqerlərin tibbi məzmuna üz tutmasının əsas səbəbi sadədir: populyarlıq, gəlir və təsir gücü. Sağlamlıq mövzusu geniş kütlənin diqqətini çəkdiyi üçün izləyici toplamaq, reklam almaq, şəxsi brend qurmaq daha asandır.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qeyri-peşəkar müdaxilələr xəstəliyin klinik mənzərəsini dəyişir"

Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov bildirir ki, dermatologiya sahəsində hazırda qeyri-peşəkar müdaxilələr həddindən artıq çoxdur. Həm bloqerlər, həm də apteklərdə çalışan əczaçılar xəstələrə dermatoloji məsləhət verirlər və bunun fəsadları aşkar şəkildə özünü göstərir: "Məsləhət görülən kremlər ya mövcud olan xəstəliyə kömək etmir, ya da şikayətlərdə müvəqqəti azalmaya gətirir. Yəni ən yaxşı halda simptomları aradan qaldırır. Bu kremlərin məqsədi yalnız həmin kəskin an üçün vəziyyəti nəzarətə almaqdır. Lakin bu, müalicə deyil. Belə qeyri-peşəkar müdaxilələr xəstəliyin klinik mənzərəsini dəyişir. Nəticədə həkimin diaqnoz qoyması çətinləşir. Qeyd etdiyim yalnız bir xəstəlik üzərində nümunədir. Ən çox rast gəlinən hallardan biri saçda kəpəklə bağlı verilən yanlış məsləhətlərdir. Sabun, müxtəlif mazlar və qarışımlar tövsiyə edirlər. Halbuki kəpəyin yaranma səbəbləri müxtəlif ola bilər. Onların hər birinin müalicəsi fərqlidir. Ümumi məsləhətlə bütün halları müalicə etmək olmaz".

Həkim qeyd edir ki, problemin əsas həlli insanlar arasında düzgün tibbi düşüncə tərzinin formalaşdırılmasıdır. Hər sahənin öz mütəxəssisi var və icbari tibbi sığorta vasitəsilə hər kəs həkimə müraciət edə bilər. Buna baxmayaraq, insanlar yenə də bloqerlərə daha çox etibar edirlər: "Sosial şəbəkələrdə qeyri-etik paylaşımlara görə xəbərdarlıqlar olunub. Yaxşı olar ki, bu cür xəbərdarlıq tibbi məsləhətlər verən bloqerlərə də edilsin. Nəzarətin gücləndirilməsi və zəruri hallarda cərimələrin tətbiqi vacibdir".

"Tibbi əsas daşımayan tövsiyələr ciddi fəsadlara səbəb olur"

Həkim-terapevt Məlahət Qədirova da qeyd edir ki, sosial şəbəkələrdə tibbi savadı olmayan, özlərini məsləhətçi kimi təqdim edən bloqerlərin sayı artıb: "Onlar dərmanların şampuna qatılması, təsdiqlənməmiş ampul və qarışıqlardan istifadə, müxtəlif bitkilərin qaynadılıb içilməsi, arıqlama preparatlarının özbaşına qəbul edilməsi kimi təhlükəli "məsləhətlər" yayırlar. Bu tövsiyələrin heç biri elmi və tibbi əsas daşımır, nəzarətsiz tətbiqi isə çox ciddi fəsadlara səbəb ola bilər. İnsanlar sosial şəbəkədə gördüklərinə inanıb sınayır, lakin nəticədə dəri yanıqları, allergik reaksiyalar, hormonal pozulmalar və s. kimi mənfi nəticələrlə üzləşirlər".

Mütəxəssis bildirir ki, tibb bilik, təhsil və məsuliyyət tələb edən sahədir. Hər xəstənin problemi də fərdi yanaşma tələb edir. "Tövsiyəm budur ki, insanlar hər hansı simptom və ya narahatlıq olduqda, düzgün diaqnoz və müalicə üçün mütləq şəkildə ixtisaslı həkimə müraciət etsinlər", - deyə terapevt qeyd edib.

"Burada söhbət insan sağlamlığından gedir"

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirir ki, xarici sosial şəbəkə səhifələrini də tez-tez izləyir. Orada həkimliklə bloqerliyin sərhədləri bizdən fərqli olaraq daha dəqiq müəyyən edilir: "Düzdür, həmin ölkələrdə də bu sərhədləri pozanlar var, lakin əksəriyyət bu prinsipi qorumağa çalışır. Onlar tibbi mövzuların mexanizmini izah edir, lakin müalicə hissəsinə keçmirlər. Məsələn, piylənmə bu gün aktual mövzudur. Xarici bloqerlər piylənmənin bədəndə necə yaranmasını, hansı preparatların hansı təsirləri göstərə biləcəyini və s. izah edirlər. Amma heç vaxt "filan dərmanı qəbul edin və arıqlayın" demirlər. Əksinə, bildirirlər ki, buna ixtiyarları yoxdur və insanları müvafiq mütəxəssisə yönləndirirlər. Yəni bloqerlik yalnız maarifləndirmə, mexanizmlərin açıqlanması ilə məhdudlaşmalıdır. Bloqer heç vaxt "bu dərmanı iç", "bu proseduru et" kimi göstəriş verə bilməz. Bunun üçün həkimlik lisenziyası olmalıdır. Lisenziyanın olmaması həm hüquqi, həm də mənəvi məsuliyyət yaratmalıdır. Bloqer anlamalıdır ki, burada söhbət insan sağlamlığından gedir. Mənəvi tərəfləri başa düşmürlərsə, aidiyyəti orqanlar onlara hüquqi məsuliyyəti göstərməlidir. Bir neçə nəfərin cəzalandırılması digərləri üçün də dərs ola bilər".

Baş redaktorun sözlərinə görə, bəzi bloqerlər məsuliyyətdən yayınmaq üçün bioloji aktiv əlavələr - vitaminlər, minerallar və yağlar məsləhət görürlər. Bu məhsullar market və apteklərdə reseptsiz satıldığı üçün onların tövsiyəsi hüquqi məsuliyyət yaratmır. Lakin bu, insanları artıq xərcə sala bilər: "Məsələn, əgər xəstə analiz veribsə və D vitamini çatışmazlığı aşkarlanıbsa, həkim həmin çatışmazlığa uyğun dozada vitamin təyin edir və bu, ona real fayda verir. Amma analizsiz, özbaşına D vitamini qəbul edən insan üçün bunun sadəcə pul itkisindən başqa heç bir faydası olmaya bilər".

V.Məmmədovun sözlərinə görə, insanlar bloqerlərə kor-koranə inanmaq əvəzinə, sağlam düşüncəli olmalı və həkimə müraciət etməlidirlər.

Paylaş

Xəbər lenti

Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır Bu gün, 00:48 Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər" Bu gün, 00:48 "Vəd verən çox olsa da, addım atan yoxdur" - Qəbələdə kənd sakinləri problemlərdən ŞİKAYƏT ETDİLƏR Bu gün, 00:48 Azərbaycanın diplomatik gedişi: İsrailin "erməni soyqırımı" təşəbbüsü necə dayandırıldı? Dünən, 23:48 "Vestri"nin baş məşqçisi: "Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik" Dünən, 23:48 Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib Dünən, 23:48 Sürücülərin NƏZƏRİNƏ: Bakı Dairəvi Yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ Dünən, 23:48 Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu" Dünən, 23:48 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib Dünən, 22:48 "28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq Dünən, 22:48 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı Dünən, 22:48 İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır Dünən, 22:48 Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm Dünən, 22:48 "Sumqayıt" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə bağlayıb Dünən, 22:48 Sarukyanın sement zavodu milliləşdirilir: Paşinyandan etirazçılara xəbərdarlıq Dünən, 21:48 ABŞ-də hava limanına Donald Trampın adı verildi Dünən, 21:48 Yayda avtomobil yanğınları niyə artır? – Hər sürücünün bilməli olduğu məqamlar Dünən, 21:48 Qarşıya qoyulan hədəflər ölkəni innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır Dünən, 21:48 Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək Dünən, 21:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşmasında üçün qol vuruldu Dünən, 21:48 Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Dünən, 20:48 Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edilib Dünən, 20:48 Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB Dünən, 20:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşması start götürüb Dünən, 20:48 Türkiyə ilə qardaşlıq, İsraillə tərəfdaşlıq: Azərbaycan dünyaya diplomatik manevr nümunəsi göstərir Dünən, 20:48 Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır Dünən, 20:48 Bakıda külək ağacı yerindən çıxartdı Dünən, 19:48 AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir Dünən, 19:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşmasında start heyətlər açıqlandı Dünən, 19:48 DÇ-2026-nın 1/4 finalı öncəsi sarı vərəqə təhlükəsi: Hansı ulduzlar yarımfinalı buraxa bilər? Dünən, 19:48 Əmək bazarının inkişafı istiqamətində görülən işlər və vəzifələr müzakirə olunub Dünən, 19:48 Qazdan istifadə edənlərin NƏZƏRİNƏ - Yeni qaydalar imzalandı Dünən, 19:48 İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb Dünən, 19:48 Atası Asiyanın ən varlı iş adamı olan qız, dəfiləyə 2 milyon dollarlıq çanta ilə gəldi Dünən, 18:48 Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" Dünən, 18:48 Bakıda qəza baş verdi Dünən, 18:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki bəzi qurumların ştat vahidləri təsdiqlənib Dünən, 18:48 Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ Dünən, 18:48 Nazirlər Kabinetindən binalarla bağlı yeni əmr Dünən, 18:48 Bu ilin ötən dövründə 226,3 milyon manat məbləğində ipoteka krediti verilib Dünən, 17:48 Parkda skamyada oturan gənclərin üstünə ağac aşıb Dünən, 17:48 Süni intellekt üçün internet Bakcelldən Dünən, 17:48 "Volkswagen" iflas olmamaq üçün radikal qərar qəbul edib Dünən, 17:48 Universitet, dövlət və biznes birləşmədən rəqəmsal transformasiya mümkündür? Dünən, 17:48 Bu ilin beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxmada artım müşahidə olunub Dünən, 17:48 Bakıda qadın küçədə güllələndi: Keçmiş əri saxlanıldı - VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR